Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-971/2023 26.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X2 iştirakı ilə xx.xx.1974-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Beyi kəndində yaşayan - X3 haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 xx.xx.2022-ci il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. X3 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən X3 izahatında göstərdi ki, özü Kürdəmir rayonu Beyi kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə evdə olarkən əvvəldən tanıdığı Kürdəmir RPŞ-nin əməkdaşı İbrahim Sadlıqov həyətdən onu çağırmış və barəsində olan şikayətlə bağlı izahatı alınması üçün onunla birlikdə Kürdəmir RPŞ-nə getməsini xahiş etmiiş, o, isə həmin gedə bilməyəcəyini deyərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə,saat 17.42-də növbətçi hissədə xidmtdəolarkən DİN-nin 102 xidmət mərkəzindən daxil olmuş şikayət əsasında Kürdəmir rayonu Beeyi kəndində getmiş və əvvəldən tanıdığı Adil Məmmədovu həyətə çağıraraq barəsində olan şikayətin mahiyyətini izah etdikdən sonra izahatı alınması üçün onunla birlikdə Kürdəmir RPŞ-nə getməsini xahiş etmişdir. Adil Məmmədov isə polis şöbəsinə getməyəcəyini bildimiş və onunla mübahisə etmişdir.Bundan sonra o, məcburi qaydada Adil Məmmədovu polis şöbəsinə gətirərək izahatı alınandan sonra barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə araşdırması zamanı X2 törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən X2 əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş 25.102023-cü il tarixli, AZA 000248 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 23.10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən X2 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 (səkkiz ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-971/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-971/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver