Məhkəmə qərarları › İş №3(041)-972/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-972/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-972/2024 04.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kürdəmir Rayonu, Atakişili Ərazi Dairəsi, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Kürdəmir RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən barəsində xx.xx.2024ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, Kürdəmir şəhəri Bakı prospektində yerləşən Baytarlıq aptekinin sahibi Şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Sonuncunun əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs işlədiyi aptekə ona olan borcunu istəməyə gəlmişdir. Ona aralarında olan borc məsələsinin bağlandığını bildirmişdir. X4 şikayət edəcəyini bildirmiş və oradan getmişdir. Aralarında hec bir mübahisə baş verməmişdir. Səlimağa Səlimovu söyüb təhqir etməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Şəxs əvvəldən tanıyır. xx.xx.2024-cü il tarixdə Şəxs işlətdiyi aptekə ona olan borcunu istəməyə getmişdir. Bu zaman aralarında mübahisə yaranmış, Şəxs onunla kobud danışmış, bu zaman o da əsəbləşdiyindən DİN-nin 102 xidmətinə zəng etmiş və ərizə ilə Kürdəmir RPŞ-nə müraciət etmişdir. Onların mübahisəsi aptekin içərisində olmuş, orada ikisindən başqa heç kimsə olmamışdır. Şəxs orada ona qarşı heç bir təhqiramiz ifadə işlətməmişdir. Sonrdan anlamışdır ki, Zahir onu gözləri zəif olduğundan tanımamış, ona görə də aralarında mübahisə baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-ci il tarixli X2 tərəfindən Kürdəmir RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, o, Şəxs onu nalayiq sözlərlə söyüb təhqir etməsi barədə şikayət etmiş, sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə X2 ilə mübahisə edərək ünvansız nalayiq ifadələr işlətmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 məhkəmə iclasında verdikləri izahatlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməmişdir. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Şəxsi münasibətlər zəminində evdə, mənzildə, ailədə, yəni ictimai olmayan yerlərdə tanışların, qohumların məhdud dairəsində zərərçəkmiş şəxsi döymə, təhqir etmə, onun sağlamlığına zərər vurma və s. bu kimi hərəkətlər etmə xuliqanlıq kimi tövsif oluna bilməz. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranan münasibətlər şəxsi münasibətlər zəmnində yaranan münasibət olduğundan Şəxs əməli ictimai qaydanı pozan əməl və ya cəmiyyətə açıqca hörmətsizlik etmə kimi qiymətləndirilə bilməz. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə onun arasında mübahisənin aptekin içərisində baş verdiyini, Zahirin ona təhqiramiz ifadə işlətmədiyini bildirmiş, qeyd etmişdir ki, Zahir onu gözləri zəif olduğundan tanımamış, ona görə də aralarında mübahisə baş vermişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Kürdəmir İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kürdəmir İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar