Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-973/2024 04.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin DYPB-in YNH üzrə baş inpektoru, polis kapitanı X7, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan X4 iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Kürdəmir rayonu doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu, Topalhəsənli ə/d, Topalhəsənli kəndi qeydiyyatda olan (FİN-xxxxxxx) X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş 01 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X6 18 avqust 2024-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunda Mercedes Benz E240 minik markalı, 10MZ768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin DYPB-in YNH üzrə baş inpektoru polis kapitanı X10 izahatında göstərmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunda “Mercedes Benz E240” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə hər iki avtomobilə maddi zərər vurmuşdur. Hadisənin baş verdiyi vaxt X1 hüququ olmamışdır. Daha sonra X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X6 məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində X8 məxsus olan “Mercedes Benz E240” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin icazəsi ilə o idarə edərək Ağsu-Kürdəmir-İmişli yolunda, Ağsu istiqamətində hərəkətdə olan zaman arxadan gələn avtomobilə yol verib geriyə dönmək məqsədi ilə avtomobili yolun sağ torpaq hissəsinə tərəf sürərək orada bir neçə metr hərəkət etmiş, daha sonra sol yan güzgüdən arxaya baxmış və arxadan gələn qırmız rəngli, VA21074 mrakalı avtomobilin uzaqda olduğunu zənn edib geriyə dönmək məqsədi ilə yolun orta hissəsinə avtomobili sürmüş. Bu zaman həmin avtomobil hadisədən yayınmaq üçün tormoz verərək sürüşmüş və həmin avtomobilin qabaq sağ hissəsi ilə onun idarə etdiyi avtomobilimin arxa sol qapısı toqquşmuşdur. Həmin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmamışdır. Sonda dəymiş ziyanı tam şəkildə ödədiyini və əməlindən peşman olması nəzərə alınaraq barəsində cərimə ilə bağlı olan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 01 oktyabr 2024-cü il tarixdə, saat təxminən 08 radələrində oğlu X3 mülkiyyətində olan VAZ- 21074 minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Kürdəmir-Ağsu avtomobil yolunda Ağsu rayonu istiqamətində öz yolunda saatda 50 kilometr sürətlə hərəkətdə olan zaman ondan bir qədər qarşıda eyni istiqamətdə hərəkətə başlayan “Mercedes Benz E240” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü geriyə dönmək üçün ona yol vermədən qarşısına çıxdığı üçün avtomobilin qabaq sağ hissəsi ilə toqquşaraq qəza törətmişdir. Həmin hadisə zamanı heç bir xəsarət almamışdır. Hazırda inzibati xəta törtəmiş şəxslə barışmışdır. Məhkəmədən onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, X6 xx.xx.2024-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunda “MERCEDES BENZ E240” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın X6 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını (İXM 32.2), eləcə də ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-973/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-973/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver