Məhkəmə qərarları › İş №3(041)-973/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-973/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-973/2025 03.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X3 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Kürdəmir rayonu Topalhəsənli kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokolları şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə yaşadıqları evdə əri Şəxs tərəfindən döyüldüyünü göstərməklə onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan Şəxs yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs sağlamlığına zərərvurmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Odur ki, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Kürdəmir rayonunun Topalhəsənli kəndində yaşadığını, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə qurduğunu, həmin nigahdan bir qız uşaqlarının olduğunu, Sevinclə ailə qurduqdan sonra ailədə münasibətləri yaxşı olduğunu, Sevinc hər dəfə ailədə söz-söhbət yardaraq onun barəsində şikayət etdiyini, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Sevinc onunla yenidən mübahisə etdiyindən o da Sevincə sillə ilə vuraraq döydüyünü və atası evinə getməsini dediyini, Sevinc də evdən çıxaraq atası evinə getdiyini, bıçaqla Sevinci vurmadığını bildirmişdir. Hazırda Sevinclə barışıb və ona qarşı heç bir şikayət və tələb yoxdur. Zərərçəkmiş şəxs izahatında Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan Şəxs ilə 2013-cü ildə ailə qurduğunu, həmin nigahdan bir qız uşaqlarının olduğunu, İxtiyarla ailə qurduqdan sonra ailədə münasibətləri yaxşı olduğunu, İxtiyar son vaxtlar evdə söz-söhbət edərək hər dəfə onunla mübahisə edərək döydüyünü, şikayət etsə də sonradan barışdığını, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində İxtiyar onunla yenidən mübahisə edərək münaqişə yaratdığını, mübahisə vaxtı əlin bıçaq alıb üstünə gəldiyini, əli ilə onu boğaraq başına, çiyninə, qoluna və kürək nahiyəsinə vuraraq döydüyündən o da atası İsrailə zəng edib İxtiyarın onu döyməsini və gəlib aparmasını dediyini, İsrail də gələrək onu apardığını, atası evinə getdikdən sonra döyülməyi barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Hazırda Şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş: - Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli 443 nömrəli rəyində göstərilmişdir ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşkar olunan xəsarətlər-başın sol və sağ təpə nahiyyəsinin qançırları, boynun sağ yan hissəsinin cızığı, sol bazunun ön səthinin qançırı. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən 06 oktyabr 2025-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. - İşə əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X1 HK-1-1861 nömrəli ərizə və məlumat əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Kürdəmir rayonu Topalhəəsnli kəndində yaşayan Zərərçəkmiş şəxs İsrail qızı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verərk və Kürədmir rayon PŞ-nə ərizə ilə müraciət edərək həmin 06.10. 2025-ci il tarixdə yaşadıqları evdə əri Şəxs tərəfindən döyüldüyünü göstərməklə onun barəsində qanuni tədbir görülməsini xahiş etmiş, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respubılikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon PŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar