Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-980/2024 08.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-ci il tarixli, MN2070766 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Bakı prospektində saxlanaraq Kürdəmir rayon polis şöbəsinə aparılmış, üzərinə baxış zamanı üzərindən 0.20 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, bir müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri ərazisində yol ilə gedərkən yolun kənarında diqqətini bir ədəd büküm çəkmiş və yerdən götürüb baxdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin gün yerdən tapdığı narkotik maddəni tanışı Alış Əsgərovla birlikdə istifadə etmişlər. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübəli olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini etiraf etmişdir. Həmin vaxt şöbədə polis əməkdaşları tərəfindən bir ədəd dümüşü rəngli bükümdə 0.10 qram narkotik vasitə olan qurudulmuş marixuana verilmiş və həmin marixuananın 10 manat pul müqabilində tanışı Alış Əsgərovdan aldığını deməsini bildirmişlər, o da qorxduğu üçün polis əməkdaşlarınının dedikləri ilə razılaşmış və həmin bükümü götürərək cibində saxlamışdır. Bundan sonra müdafiəçi ilə təmin olunmuş, vidioşəklişlə üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir, bu təklifdən sonra əynində olan şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rərgli bükümü çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş və həmin narkotik maddəni 10 manat pul müqabilində tanışı Alış Əsgərovdan aldığını bildirmişdir. Narkotik maddə olan qurudulmuş marixuana istifadəçisi olduğuna, xx.xx.2024-cü il tarixdə marixuana qəbul etdiyinə görə peşmandır, ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Kürdəmir RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 icraatında olan ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1983-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 istintaqa mяlum olmayan tarixdə вя mянбядян qanunsuz olaraq satış məqsədi ilə, xeyli miqdarda təmiz çəkisi – 0.90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı xx.xx.1991-ci il təvəllüdlü Şəxs ilə narkotik vasitə qurudulmuş marixuananın – 0.30 qram çəkidə olan hissəsini 10 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra, Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində ona satmış, Şəxs ondan əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın - 0.20 qram çəkidə olan hissəsini həmin tarixdə saat 23 radələrində tanışı xx.xx.1996-cı il təvəllüdlü X2 ilə qabaqcadan razılaşdıqları kimi, heç bir mənfəət əldə etmədən 5 manat qarşılığında ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 04:45 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş тяхирясалынмаз əməliyyat-axtarış tədbirləri nəticəsində, X3 şəhəri, Babək prospektində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol arxa cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi – 0.20 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024cü il tarixdə saat 13:00 radələrində tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şəxs Kürdəmir şəhəri, Bakı prospekti ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.10 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində tədbirlərin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir şəhəri, Bakı prospekti ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol ön cibindən 01 ədəd siqaret paketindəki 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0.60 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs barələrində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/641 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində: “...Rəşad Mikayılovun üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim edilmiş üzərində: “...Alış Əsgərovun üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 ədəd bükümdə, ümumi çəkisi – 0.90 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Həmin narkotik maddələr tədqiqata 0.02 qram istifadə olundu və qalıq 0.43 qram qalmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Şəxs törətdiyi əməli özü etiraf etməsə də, iş üzrə baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Halbuki, ibtidai istintaq zamanı Şəxs və onun müdafiəçisi tərəfindən bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi ifadəsində göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmədə Şəxs ifadəsi təkrarən arşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlilləri öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri ərazisində yerdən içərisində qurudulmuş marixuana olan 1 ədəd büküm tapdığını, həmin gün yerdən tapdığı narkotik maddəni tanışı Alış Əsgərovla birlikdə istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 0.08 qram qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 0.08 qaram qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunması nəzarətə alınsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-980/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-980/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver