Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-981/2023 30.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 14.15-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Bakı şəhəri,Nərimanov rayonu,F.X.Xoyski küçsi,ev 128-də yaşayan- Şəxs barəsində BDYPİ YPXA-dan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1.8-ci bəndinin tələblərini pozaraq idarə etdiyi «KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunda hərəkətdə olarkən Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci ilə inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi «KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun avtomobili sürücülük hüququ olmadan narkotik maddələrdən istifadə etməklə idarə etdiyi müəyyən edilmişdir. O, təxminən fevral ayının əvvəllərində marixana istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 göstərdi ki,özü BDYPİ YPXA-nın Vİİ tağımında inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Bakı- Qazax magistral yolunda hərəkətdə olan «KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydasını pozduğu üçün postdas saxlanılmış və sənədləri yoxlanılan zaman avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunmuşdur. Öz hərəkətlərində şübhə yaratdığı üçün tüpürcəkdən nümunə götürülməsi üçün ekspertizaya göndərilmiş və onun avtomomobili narkotik vasitənin təsiri altında idar etdiyi də aşka edilmişdir. Bundan sonra Həsən Süleymanov barəsində inzibati xəta haqqında ptorokol tərtib edilmiş və onun idarə etdiyi avtomobil avtonəqliyyat vasitələrinin saxlanc yerinə yerləşdirilmişdir.Emin Ələkbərov da bir gün həmin postda saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 30.010.2023-cü il tarixli alkotesdən görünür ki, Şəxs narkotik maddə qəbul etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki «KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil BDYPİ YPXA-nın “Avtonəqliyyat vasitəsinin saxlancına verilmişdir. Şəxs əməli özünün etirafı, şahid ifadəsi və işə əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı,habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 oktyabr 2023-cü tarixdən hesablansın. Kürdəmir RPŞ DYPB-nin avtonəqliyyat vasitədinin saxlanc yerində saxlanılan «KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-981/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-981/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver