Məhkəmə qərarları › İş №3(041)-982/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-982/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-982/2024 28.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Kazımov Marif Sabir oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər X5 oğlu və X3 iştirakı ilə xx.xx.1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 08.102024-cü il tarixdə, saat 17.50 radələrində Kürdəmir rayon polis şöbəsinin inzibati binanın qarşısında polis nəfəri X1 və X6 ilə mübahisə edərək sonuncuların ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əmədaşalrı ilə mübahisə edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hər iki material üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs göstərdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən tələb edilən arayışı almaq üçün xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsinə getmiş, növbətçi ona bildirmişdir ki, rəis yerində olmadığı üçün nahardan sonra gələ bilər. Saat 15 radələrində yenidən şöbəyə getmiş və şöbənin inzibati binasının yanında rəisi gözləmişdir. Saat 17:50də növbətçiyə yaxınlaşaraq rəisin gəlib-gəlməməsini soruşmuş növbətçi ona “sən nə həyasız adamsan, rədd ol burdan” deyərək üstünə qışqıraraq onu təhqir etmiş və başqa bir polis nəfəri ilə onu aparıb müvəqqəti saxlanc yerində saxlamışlar. Gecəni orada saxlayıb, bu gün yəni, oktyabrın 9-da məhkəməyə gətirmişlər. Heş bir inzibati xəta törətmədiyi halda, izahatını belə almadan barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişlər. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ PPXB-də polis nəfəri işləyir. 08 oktyabr 2024-cü il tarixdə saat 17:50-də bir nəfər şəxsin Kürdəmir rayon Polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmış, özünü təqdim etdikdən sonra həmin şəxsi nizam-intizama dəvət etməsinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirərək ucadan nalayiq ifadələr işlətməyə davam etmişdir. O, həmin vaxtı polis əməkdaşı Elvin Dünyamalıyevi də yanına çağırmış, lakin adını sonradan bildiyi Şəxs sakitləşmədiyi üçün növbtçi hissədə olan İbrahim Sadıqova məlumat vermiş, bundan sonra polis mayoru İbrahim Sadıqov gələndən sonra həmin şəxsi məcburi qaydada polis şöbəsinin inzibati binasına aparmış, həmin şəxsin Kürdəmir rayonu, Şıxımlı kənd sakini X8 olması müəyyən edilmişdir. Hikmət Baxşıyev polis şöbəsinin inzibati binasının içərisində də divarlara təpik vuraraq hay küy salıb ucadan qışqıraraq nalayiq ifadələr işlətmişdir. Hikmət Baxşıyev polis şöbəsinin inzibati binasında ucadan qışqırıb səs- küy saldığı üçün şöbənin iş rejimini də pozmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 da X1 ilə eyni məzmunda izahat verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il ytarixli, 305 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən gün Şəxs orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə iclasında təqdim olunmuş diskə baxış keçirilmiş, baxış zamanı X4 Kürdəmir rayon Polis şöbəsinin inzibati binasında aqressiv hərəkətlər etməsi və bu hərəkətlərin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması görünür. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özü etiraf etməsə də , zərərçəkmiş şəxslərin izahatı, məhkəməyə təqdim edilən video çəkiliş, hadisənin baş vermə şəraiti və iş materialları ilə sübut olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000521 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18.50-də inzibati qəydada tutulmuş, xx.xx.2024-cü il tarixdə,saat 12.00-da azad edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində AR-nın İXM-nin 535.1-ci maddəsinə əsasən ona 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun Kürdəmir RPŞ-nin Müvəqqəti saxlama yerində saxlandığı 01 gün müddət təyin edilmiş tənbeh tədbirindən çıxılaraq üzərində 09 (doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon Polis şöbəsinə və Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar