Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-983/2024 26.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9, Məhkəmə iclas katibi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir şəhəri, Zərdabi küç, ev 12də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi əsası ilə Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokolara baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hakimi Rahid Mehdiyevin xx.xx.2024-cü il tarixli 3(041)-983/2024 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara dair Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Kürdəmir rayon polis şöbəsinin şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Kürdəmir Rayon Məhkəməsi hakiminin xx.xx.2024-cü il tarixli 3(041)-983/2024 saylı qərarı ləğv edilmiş, təqdim edilmiş sübutlar yenidən araşdırılması üçün iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X4 tərtib etdiyi inzibati haqqında protokolları əsaslandıraraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə 18:50-radələrində bir nəfər şəxs Kürdəmir RPŞ-nin qapı postuna yaxınlaşıb az əvvəl polis əməkdaşları tərəfindən saxlanılan Hikmət adlı şəxsdən pul alacağını demiş, həmin vətəndaşa saxlanılan Hikmət adlı şəxsin səhəri günü məhkəməyə çağıralacağını dedikdə həmin şəxs ucadan nalayiq ifadələr işlətməyə başlayaraq Hikmətlə görüşmək istədiyini bildirmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışsalar da həmin şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş və ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman yaxınlıqda olan İTB-nin polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq nizamintizama dəvət etmişlər. Lakin həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün onu məcburi qaydada RPŞ-nın inzibati binasına gətirmişlər. İnzibati binada həmin şəxsin Kürdəmir rayon sakini Şəxs Sadiq oğlu olması müəyyən edilmişdir. Həmin gün növbətçi olduğundan tərtib edilmiş raport əsasında onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ailəsi ilə birlikdə Kürdəmir şəhərində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə nahar edərkən bir qədər spirtli içki qəbul etmiş, həmin gün siqaret almaq üçün marketə gedərkən Kürdəmir RPŞ-nin inzibati binasının qarşısından adamların toplaşdığını görmüşdür. Oraya yaxınlaşmış və polis əməkdaşları ona yaxınlaşaraq oradan getməsini tələb etmişlər, həmin vaxt polis əməkdaşları ilə aralarında qısa müddətli anlaşılmazlıq olmuş, lakin ucadan danışmamış, nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşlarının dəvəti ilə şöbəyə daxil olmuş, izahatı alınmış və gecəni şöbədə saxlandıqdan sonra məhkəməyə gətirilmişdir. Onun tərəfindən heç bir qanun pozuntusu törədilməmişdir. Bütün bunlar nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ İTB-nın polis nəfəri işləyir, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu ərazisində, 10 saylı postda öz xidməti vəzifələrini yerinə yetirərək sonradan tanıdığı Şəxs qapı postuna yaxınlaşıb az əvvəl polis əməkdaşları tərəfindən saxlanılan Hikmət adlı şəxsin pulunun onda olduğunu və pulu həmin şəxsə vermək istədiyini demişdir. Şəxs həmin şəxsdən izahat alındığını, izahatı alındıqdan sonra məhkəməyə çıxarılacağını izah etmiş, lakin Şəxssrarala Hikmət adlı şəxslə görüşmək istədiyini bildirərək səs-küy salmışdır. Sərxoş olduğunu bildikdən sonra Əlini sakitləşdirib oradan getməsi üçün tədbirlər görmələrinə baxmayaraq bunun heç bir nəticəsi olmamış, nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə tabe olmamışdır. Onu sakitləşdirə bilmədikləri, səsküy salaraq onu hədələdiyini, bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi üçün polis şöbəsinə məlumat vermiş və əlavə polis əməkdaşları oraya gələrək onu sakitləşdirməyə və oradan çıxıb getməli olduğunu izah etmələrinə baxmayaraq, Şəxs qəti şəkildə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün uca səslə öz hədəqorxularını davam etdirdiyinə görə məcburi qaydada Kürdəmir rayon polis şöbəsinə aparılaraq izahatı alınmış və törətdiyi inzibati xətalara müvafiq barəsində inzibati xəta haqqına protokol tətib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şahid ifadəsinin sonunda Şəxs törətdiyi əmələ görə inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X1 da eyni məzmunlu ifadə verərək şahid X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün qismən etirafı, şahidlərin ifadələri və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. xx.xx.2024-cü il tarixli, AZA 000522 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 18:50-də İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 12:00-da azad edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmaqla daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilməli, inzibati həbs etmənin əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 7 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbs etmənin əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-983/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-983/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver