Məhkəmə qərarları › İş №3(041)-984/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-984/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-984/2024 15.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070501 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri H.Əliyev prospektində yeməkxanada Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, evlidir, Zərərçəkmiş şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən “Motel” adlı kafedə çalışan işci kimi tanıyır, tez-tez həmin kafedə yemək yediyi üçün Qulu ilə münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə sərxoş halda həmin kafeyə gedərək Zərərçəkmiş şəxsn spirtli içki verməsini tələb etmiş, Qulu ona spirtli içki verməyərək küçəyə çıxıb oradan keçən polis əməkdaşlarından onu oradan aparmalarını xahiş etmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birlikdə şöbəyə gedib baş verənlər barədə izahat vermişdir. Zərərçəkmiş şəxsla aralarında olan söhbəti onlardan başqa kənar şəxslərdən eşidən və görən olmamışdır. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs izahatındfa göstərdi ki, Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən “Motel” adlı kafedə işləyir, Şəxs şəhər sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şəxs sərxoş halda kafeyə gələrək ona spirtli içki verməsin tələb etmiş, sərxoş olduğunu görüb ona spirtli içki vermək istəməmiş və küçəyə çıxaraq orada öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarından Habili oradan aparmalarını xahiş etmişdir. Onun Şəxs qarşı heç bir iddiası və şikayəti olmamış, sərxoş olmasından ehtiyat edərək onun başqa hadisələr törədəcəyini düşündüyü üçün polis əməkdaşlarına məlumat vermişdir. Aralarında olan söhbət kafenin içində olmuş və onlardan başqa heç kim görməmiş və eşitməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2024-cü il tarixdə, günorta saatlarında baş vermiş mübahisəni onlardan başqa kənar şəxslər görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs Şəxs şikayətçi olmamış, sərxoş olduğuna görə küçədə rastlaşdığı polis əməkdaşlarında onu evlərinə tərəf ötürmələrini onlardan xahiş etmiş, polis əməkdaşları isə onu evlərinə yox, şöbəyə aparmış və barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar