Məhkəmə qərarları › İş №3(041)-988/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-988/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-988/2024 11.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin XÜBİ polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Ərəbmehdibəy ə/d, Dədəli kəndi qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə gətirilmiş, üzərinə baxış zamanı narkotik maddə aşkar edilmiş, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin XÜBİ polis baş leytenantı X4 izahatında bildirdi ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsində şübhəli bilinərək Kürdəmir RPŞ-nin İB-də araşdırma aparılaraq Azərbaycan Respublikasının İXM-nin 206 cı maddəsi ilə tədbir görülməsi üçün Kürdəmir RPŞ-nin İTB-nə göndərilmiş və tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, “Kürdəmir” restoranının qarşısında olan zaman yerdə kağıza bükülmüş narkotik vasitəni görmüş və götürmüşdür. Lakin o, narkotik vasitə və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Həmçinin yaşlı anası və atasına baxır, atası ruhi xəstədir. O, Kürdəmir rayonu ərazisində, eləcə də respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Şəxs barəsində 234.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/641№-li Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində: “Şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Ekspertiza tətqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 0,08 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilmiş, üzərinə baxış zamanı narkotik maddə aşkar edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmiş inzibati xətanı törətməkdə təqsiri özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübut edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi, əməlini etiraf edərək peşman olmasını bildirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ekspertiza tətqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 0,08 qram qalığı barədə məsələnin həll edilməsi X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin icraatında olan 1(041)-125/2024 saylı iş üzrə maddi sübut qismində tanındığından həmin iş üzrə yekun qərar qəbul edilənədək təxirə salınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,18 qram olan qurudulmuş marixuana barədə məsələnin həll edilməsi Kürdəmir Rayon Məhkəməsinin icraatında olan 1(041)-125/2024 saylı iş üzrə yekun qərar qəbul edilənədək təxirə salınsın. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar