Məhkəmə qərarları › İş №3(041)-989/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-989/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-989/2024 14.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonu, Köhünlü ərazi dairəsi, Sovla kəndində qeydiyyatda olmaqla yaşayan(FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:20 radələrində Kürdəmir RPŞ PPXB-nün polis nəfəri X3 qarşı nalayiq ifadələr işlətmiş və söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2024-də 02:20-də radələrində Polis əməkdaşlarına yaxınlaşmış, polislərlə mübahisə etmiş, onların ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə sipirtli içki qəbul etmişdir. Kürdəmir rayonu 4 yol adlanan ərazidə xidmətdə olan polis əməkdaşlarına yaxınlaşmış, qohumunun da RPŞ-də işlədiyini bildirmiş, polis şöbəsində şikayət ərizəsi olduğunu, şikayətə baxılmadığını demişdir. Orada əsəbləşərək polis əmakdaşlarının ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Əməlindən səmimi peşmandır. Bir daha bu cür əməllərə yol verməyəcək. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül, cərimə inzibati tenbeh tədbirlərinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, o, Kürdəmir RPŞ PPXBnün polis nəfəri, polis serjantı vəsifəsində işləyir, xx.xx.2024-cü il tarixdə, 02:20 radələrində Kürdəmir şəhəri, Bakı prospektində Kürdəmir RPŞ PPXB-nin polis nəfəri, polis serjantı Nuralı Fətaliyev ilə xidmətdə olan zaman Şəxs sərxoş halda onlara yaxınlaşmış, mübahisə yaratmış, nalayiq ifadələr işlədərək, söyüb təhqir etmişdir. X8 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir RPŞ PPXB-nün polis nəfəri, polis serjantı Emil Nəsirov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:20 radələrində Kürdəmir şəhəri Bakı prospektində Şəxs polis əməkdaşlarına yaxınlaşaraq onların unvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. 14 oktyabr 2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu ərazisində ucadan nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, Bakı prospekti ərazisində ucadan nalayiq ifadələr işlətmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İXM-in 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar