Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-990/2023 17.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Brəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs, Zərərçəkmş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1954-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, subay, orta təhsilli, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonunun Mürtülü kəndində yaşayan (AZE 0*******) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq,1 M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə bir baş inəyin Ağsu Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Mürtülü kəndi ərazisindən keçən avtomobil yolunun asvalt qatına buraxmış, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi «Kia Cerato» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayonu Mürtülü kəndində yaşayır, şəxsi təsərrüfatında dörd baş iri buynuzlu heyvanı vardır. Həmin heyvanları hər səhər tövlədən çıxararaq təxminən 1 kilometr yaxınlıqdakı örüş sahəsinə apararaq kəndin çobanına təhvil verir və hər axşam saat təxminən 17 radələrində çoban həmin hevanları gətirib kəndin girişindəki meydançadan öz başına buraxdığı üçün heyvanlar təxminən 700-800 metr məsafəni özləri öz başına həyətlərə kimi getmişlər. xx.xx.2023-cü il tarixdə həmşəki kimi səhər saatlarında heynaları çobana təhvil vermiş və axşam saat 17 radələrində həyətində olarkən küçədə avtomobil toqquşması səsi eşitmiş, dərhal küçəyə çıxdıqda «Kia Cerato» markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun qapısının ağzında, yəni Ağsu Kürdəmir-İmişli yolunun asvalt qatında ona məxsus bir baş inəyi vurduğunu görmüşdür. Hadisə nəticəsində ona məxsus inəyin ayaqları sınmış, həmçinin «Kia Cerato» markalı avtomobil əzilmişdir. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Zərərçəkmş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, özünə məxsus «Kia Cerato» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobillə Ağsu Kürdəmir- İmişli yolunun Kürdəmir rayonu Mürtülü kəndi ərazisindən keçən avtomobil yolunda hərəkətdə olarkən anidən qarşısına iri buynuzlu heyvan çıxmış, əyləcdən istifadə etməsinə baxmayaraq həmin heyvanı vurmuşdur. Sonradan həmin heyvanın Şəxs məxsus olduğunu bilmişdir. Hadisə nəticəsində avtomobil əzilmiş və ona maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə texniki xidmət mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi «Kia Cerato» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı ümumilikdə 3320 manat ziyan dəydiyi göstərilir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXMnin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşğıda həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: MÜSEYİB BAYRAMOV
Məhkəmə qərarları › İş №3(041)-990/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-990/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver