Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-10/2025 14.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş materiallara baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 339.1.1, 342.5, 329.3 və 327.1-ci maddələi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ona 50 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Şəxs qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində ödəmədiyindən onun barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, məhkəmə qərar qəbul edənədək törədiyi əmələ görə ona təyin edilən cəriməni ödəməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunaraq onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: xx.xx.1972-ci ildə Gədəbəy rayonunda doğulmuş və hazırda Gədəbəy rayonunun, Arıxdam kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-10/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-10/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver