Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-100/2024 29.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti X2 nümayəndəsi X4 iştirakı ilə xx xxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında yaşayan, Azərbaycan İnterneşnl Mayning Kompani Limited Şirkətinin AR X1 Sahəsində aparıcı mədən mühəndisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə texniki təhlükəsizlik və ya əmək mühafzəsinin başqa qaydalarına riayət edilməməsi və bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyatı üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan İnterneşnl Mayning Kompani Limited Şirkətinin Azərbaycan Respublikasında X1 Sahəsində aparıçı mədən mühəndisi vəzifəsində işləyir. Bədbəxt hadisə 05 noyabr 2023-cü il tarixdə, saat 11:30-radələrində “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı X1 sahəsində Gilar yeraltı mədənində Mustafa Özçelikin dayanacaq üçün qoyulmuş beton pilitənin üzərinə çıxaraq mədənin divarına bərkidilmiş qarmaqdan çıxmış 0.75 mm-lik su borusunu qarmağa bağlamağa çalışarkən sol ayağının boşluğa düşməsi və beton plitənin üzərindən yerə yıxılması nəticəsində baş vermişdir. Gilar yeraltı mədənin uzunluğu hazırda 600 m, tunelin en kəsik ölçüləri: eni 5 metr, hündürlüyü 5 m olmaqla tağlı formadadır. Mədən mədənçi lampaları ilə işıqlandırılır. Teknika TF-1200x2x75 markalı ventilyasiya qurğusu ilə havalandırılır. Gilar yeraltı mədənində işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə hər 50 metrdən bir dayanacaq üçün nəzərdə tutulmuş 1x1 metr ölçüdə beton piltələr qoşulmuşdur. Daha sonra Gədəbəy Rayon Prokurorluğunda araşdırlma aparılmış və Mustafanın yüngül dərəcəli xəsarət alması müəyyən edilmişdir. Bədbəxt hadisə onun nəzarətsizliyi səbəbindən baş vermişdir. Özünü qismən təqsirli bilir. Ona görə də, qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası ƏƏSM yanında X7 Xidməti X2 nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafzəsinin başqa qaydalarına riayət edilməməsi və bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bədbəxt hadisəsinin baş verməsində səbəb nəzarətin zəif olması olmuşdur.Ona görə də, qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə texniki təhlükəsizlik və ya əmək mühafzəsinin başqa qaydalarına riayət edilməməsi və bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması ilə əlaqədar tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi X7 Xidmətinin X2 əməkdaşlarının tərtib etdikləri Təhqiqat Aktından görünür ki, hadisənin baş verməsində Şəxs nəzarətsizliyi və Mustafa Özçeliyin ehtiyatsızlığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 tərəfindən verilmiş ekspertiza Rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarət-sol topuq oynağı bağlarının əziniyi küt əşyanın təsirindən törənmiş və bu xəsarətlərin sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona inzibati xəta hadisəsinin törədilmə üsulu, şəxsiyyəti və işin digər halları nəzərə alınmaqla cərimə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-100/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-100/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver