Məhkəmə qərarları › İş №3(042)-101/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-101/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-101/2022 20.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 və Şəxs iştirakları ilə, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə X3 protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Univermaq ticarət mərkəzində 18.03.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan araşdırmaların vahid məlumat reystrinin “Çıxarışına” əsasən planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. 14.03.2022-ci il tarixdə həmin obyektdə müayinə keçirilməsi məqsədi ilə olduqları zaman, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlər təqdim edilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Ona görə də Şəxs barəsində qanuni qərar qəbul edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyekti yoxlamağa gələrkən o, Bakı şəhərində olmuş, xəstəö olduğundan karantin rejimində olmuşdur. O, hazırda sənədləri təqdim etməkdən imtina etmir. Yenidən yoxlama keçirilməklə, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Müayinə Aktının surətindən görünür ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Univermaq ticarət mərkəzinin sahibi, vəzifəli şəxs Şəxs 18.03.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan araşdırmaların vahid məlumat reystrinin “Çıxarışına” əsasən planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. 14.03.2022-ci il tarixdə sözügedən obyektdə müayinə keçirilməsi məqsədi ilə olduqları zaman, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı matlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış və o, tərtib olunmuş yoxlama aktına, eləcə də inzibati protokola imza etməkdən imtina etmişdir. İşdə olan X1 Haqqında qərardan görünür ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Univermaq Ticarət Mərkəzinin Plan üzrə yoxlama aparılması qərara alınmışdır. İşdə olan X3 Protokoldan görünür ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Univermaq ticarət mərkəzinin direktoru, vəzifəli şəxs Şəxs tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı matlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış və tərtib olunmuş o yoxlama aktına, eləcə də inzibati protokola imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən X3 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X3 iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X3 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində X3 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X3 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Univermaq ticarət mərkəzinin direktoru, vəzifəli şəxs Şəxs xəstə olduğu üçün yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı məlumatlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmaması halları müəyyən edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Univermaq Ticarət Mərkəzinin sahibi, vəzifəli şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilsin. Yenidən yoxlama günü təyin edilsin və Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Univermaq ticarət mərkəzinin lazımin sənədləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarına təqdim edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar