Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-103/2024 02.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə xx xxxx 1981-ci ildə Gədəbəy rayonunun doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 342.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ona 150 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Şəxs qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində ödəmədiyindən onun barəsində 08 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə iclasına əməkdaşlarının iştirakını təmin etməmiş, məhkəmə baxışının təxirə salınması ilə bağlı məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İşdə olan qərardan görünür ki, Şəxs İXM-nin 342.2-ci maddəsi ilə 150 manat miqdarında cərimə olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 26 noyabr 2023cü il tarixli qərarından şikayət vermiş, onun şikayəti təmin edilmiş, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 26 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Həmin Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən 26 noyabr 2023-cü il tarixdə İXM-nin 342.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 150 manat miqdarında cərimə olunmuşdur. O, həmin qərardan şikayət vermiş, Gədəbəy Rayon Məhkəməsi tərəfindən onun şikayəti təmin edilmiş, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 26 noyabr 2023-cü il tarixli qərarı 08 fevral 2024-cü il tarixdə ləğv olunmuşdur. Ona görə də Şəxs barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-103/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-103/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver