Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-105/2021 12.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041)-982/2014 saylı icra sənədinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(041)- 823/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmış və cavabdeh Şəxs xx xxxx 2007-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə hər ay 100 manat miqdarda tutularaq X2 verilən alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 65 manat olmaqla, ümumilikdə hər ay 130 manat miqdarında müəyyən edilmişdir. İcra sənədi xx.xx.2014-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041)-982/2014 saylı icra sənədinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(041)-823/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmış və ondan xx xxxx 2007-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə hər ay 100 manat miqdarda tutularaq X2 verilən alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 65 manat olmaqla, ümumilikdə hər ay 130 manat miqdarında müəyyən edilmişdir. Aliment müəyyən edildiyi vaxtdan müxtəlif vaxtlarda müəyyən miqdarda aliment ödəmiş imkanı olmadığından və uşaqla ünsiyyət verilmədiyindən aliment borcunu ödəyə bilməmişdir. Eləcə də bir dəfə inzibati qaydada 10 gün müddətində həbs edilmişdir. Hazırda borcdan 350 manatda ödəniş aparmışdır. İcra sənədi üzrə 6500 manatdan yuxarı borcu vardır. Onu ödəməyə imkanı yoxdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041)-982/2014 saylı icra sənədinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(041)-823/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmış və cavabdeh Şəxs xx xxxx 2007-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə hər ay 100 manat miqdarda tutularaq X2 verilən alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 65 manat olmaqla, ümumilikdə hər ay 130 manat miqdarında müəyyən edilmişdir. İcra sənədi xx.xx.2014-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. İcra sənədi 2020-ci ilin sentyabrından onun icraatındadır. Həmin vaxtdan borclu ilə o dəfələrlə əlaqə saxlanılmış, borclu icra şöbəsinə gəlməmiş, onun barəsində axtarış elan olunmuşdur. 2020-ci ilin noyabr ayında axtarışla icra şöbəsinə gətirilmiş, 250 manat ödəniş etdiyinə və aliment borcunun hissə-hissə ödəməyi boynuna götürdüyünə görə ona əlavə vaxt verilmişdir. Vaxt verildikdən sonra da borclu qeyri-səmimilik göstərərk icra şöbəsinə gəlməmiş, ümumiyyətlə telefon əlaqəsinə cavab verməmiş, cavab verdikdə isə aliment ödəməyəcəyini bildirmişdir. Odur ki, yenidən onun barəsində axtarış verilmişdir. Axtarış nəticəsində borclu bu gün icra şöbəsinə gətirilmişdir. İcra şöbəsinə gətirildikdən sonra borclu yenidən 250 manat ödəniş etmişdir. Tələbkar icra sənədi üzrə aliment borcunun tam ödənilməsini tələb edir. Borcluya 6820 manat aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Şahid X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041)-982/2014 saylı icra sənədinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(041)-823/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmış və cavabdeh Şəxs xx xxxx 2007-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə hər ay 100 manat miqdarda tutularaq ona verilən alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 65 manat olmaqla, ümumilikdə hər ay 130 manat miqdarında müəyyən edilmişdir. Borclu icra sənədi üzrə alimenti vaxtlı-vaxtında vermədiyinə görə o, uşağın saxlanılmasında çətinlik çəkmişdir. Nəticədə borclunun külli miqdarda aliment borcu yaranmışdır. Borclu müxtəlif vaxtlarda Rusiya Federasiyasında yaşamış və ticarətlə məşğul olmuşdur. Onu təsdiq edən foto şəkilləri məhkəməyə təqdim etmişdir. İcra sənədini icra etmədiyi üçün borclu müxtəlif bəhanələr gətirir və müxtəlif üsullardan istifadə edir, Belə ki, hər dəfə onun barəsində məhkəməyə müraciət edən kimi aliment məbləğindən az miqdarda ödəniş aparmaqla cəzadan yaxa qurtarmaq və icra sənədini icra etməkdən boyun qaçırmaq məqsədi güdür. Dəfələrlə borclu tərəfindən belə hallara yol verilmişdir. Ona görə də, borclunun az miqdarda ödənişlərinə baxmayaraq icra sənədinin tam icra edilməsini tələb edir, əks halda onun barəsində qəti inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Müdafiəçi Vəkil barəsində icraat aparılan şəxs haqqında həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Gədəbəy rayon İcra və probasiya şöbəsinə daxil olmuş Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041)- 982/2014 saylı icra sənədini üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Həmçinin məhkəmə borclunun axtarış vasitəsi ilə icra şöbəsinə gətrildikdən sonra dəfələrlə kiçik məbləğdə pul vəsaiti ödəməsini icra sənədinin icrasında boyun qaçırması və inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə Şəxs oğlunun icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 15:15dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-105/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-105/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver