Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-105/2022 11.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Kənan İsgəndərov tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 08 aprel 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXMnin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materiala baxmağa hazırlanması zaman aşağıdakılar müəyyən edilmişdir. Belə ki, Gədəbəy rayonu, Xarxar kənd sakini X1 qonşusu X2 evindən su qızdırıcısının və su nasosunun yerində olmaması və naməlum şəxslər tərəfindən oğurlanması barədə 21.02.2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, ərizənin araşdırılması Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Əjdər İsgəndərova həvalə edilmişdir. Təhqiqatçı şübhəli şəxs müəyyən edilmədən, iş üzrə oğurlandığı bildirilən maddi sübutlar müəyyən edilmədən və maddi sübutların dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmədən, sadəcə zərərçəkmiş şəxsin izahatına əsaslanaraq oğurlanmış əşyaların dəyərinin 90-100 manat olması müəyyən edilməklə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmiş və oğurluq etmiş naməlum şəxslərin əməlində İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğu qənaətinə gəlinmişdir. Bununla da, təhqiqatçı tərəfindən iş üzrə xüsusatlar hərtərəfli, tam və obyektiv araşdırılmadan qərar qəbul edilmişdir. Həmçinin Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Kənan İsgəndərov tərəfindən Şəxs qeyd edilən oğurluq hadisəsini törətməsində şübhəli şəxs kimi bilinərək 08.04.2022-ci il tarixdə 12:30-da inzibati qayada tutulmuşdur. Lakin, Şəxs qeyd edilən oğurluq hadisəsini törətməsində şübhəli bilinməsinə əsas verən, eləcə də, oğurlanmış su qızdırıcısının və su nasosunun aşkar edilməsi, götürülməsi və maddi sübut kimi tanınmasına, həmin əşyalarının dəyərinin qiymətləndirilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin Şəxs barəsində hər hansı qərar və ya oğurluq etməsinə dair faktlar olmadan Gədəbəy rayon Polis şöbəsinə gətirilmiş, inzibati qayada tutulmuş, Şəxs təxminən 2 gün müddətinə heç bir qanuni əsas olmadan tutularaq Gədəbəy rayon Polis şöbəsində saxlanılmışdır. Məhkəmə qeyd olunan halları, inzibati xəta haqqında materialların natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-105/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-105/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver