Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-106/2021 13.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X4 tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 16:20 radələrində Gədəbəy şəhəri X.Haqverdiyev küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmin tarixdə saat 16:45 radələrində isə Gədəbəy rayon Polis şöbəsində şöbənin normal iş rejimini pozaraq polisin qanuni tələblərin qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında toplanmış materiala baxarkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olmaması müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. Gədəbəy Kommunal müəssisələr kombinatında fəhlə işləyir. 2 azyaşlı uşağı vardır. xx xxxxx 2021-ci il tarixdə o, nahar etmək üçünyaşadığı evə gəlmişdir. Evdə olarkən ona zəng vurulmuş, polislərin onu axtardığı deyilmişdir. O, iş yerinə qayıtmış, bir neçə dəqiqədən sonra polis işçiləri gəlmişdir. Polis işçiləri maşına minməsini və Polis şöbəsinə getməyi tələb etmişlər. O, bunun səbəbini soruşmuş, ona bu barədə cavab verməmişlər. O, maşına minmiş, Gədəbəy rayon Polis şöbəsinə gəlmişlər. Polis şöbəsində o, gətirilmə səbəbini soruşmuş, səs-küy salmamış, heç kimi təhqir etməmişdir. İş üzrə şahid X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində işləyir. O, Şəxs tanıyır. O, spirtli içki aludəçisidir. Dəfələrlə içkili olaraq qeyri etik davranışlar etmişdir. Onun bu hərəkətləri qeydə alınmamışdır. xx xxxxx 2021-ci ildə onun telefonuna dostu zəng vurmuş, Şəxs xuliqanlıq etməsini demişdir. O, dostunun adını deyə bilməyəcəyini, eləcə də məlumatın qeydə alınmadığını bildirdi. Zəngdən sonra o, polis əməkdaşı Fəzail Quliyevə Gədəbəy Kommunal müəssisələr kombinatında işləyən Şəxs Polis şöbəsinə gətirilməsinə göstəriş vermişdir. Şəxs şöbəyə gətirilmiş, orada səs-küy salmış, nalayiq ifadələr işlədərək polis müqavimət göstərmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o Gədəbəy RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. O, Şəxs əvvəllər tanımamışdır. Gədəbəy RPŞ-nin PPXB-nin tağım komandiri Şəxs Gədəbəy şəhəri X.Haqverdiyev küçəsində səs-küy saldığını deyib onun Polis şödəsinə gətirilməsinə göstəriş vermiş, o da digər polis əməkdaşı Niyaməddin Məmmədovla gedib Şəxs maşınla Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Şəxs Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında səs-küy salmağa başlamışdır. X1 məhkəmə iclasında X2nun izahatı ilə eyni məzmunlu izahat verdi və bildirdi ki, xx.xx.2021-ci ildə onlara komandirləri X13 Qurbanovun oğurluqda keçdiyindən gedib Polis şöbəsinə gətirilməsini bildirmişdir. O, da F.Quliyevlə gedib Şəxs maşınla Polis şöbəsinə gətirmişlər. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək, Şəxs hərəkətlərində heç bir inzibati xəta tərkibi olmadığını bildirmiş, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, polisin qanuni tələbinə qəsdən tabe olmama o halda olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etsin və bu zaman inzibati xəta törətmiş şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmasın. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkiblərinin obyektiv tərəfinin əlamətləri mövcud deyildir. Belə ki, məhkəməyə sübutlar kimi təqdim edilən şahidlər ziddiyyətli izahatlar vermiş, şahid X5 izahatında Şəxs Polis şöbəsinə gətirilməsinə onun göstəriş verdiyini, bunun üçün əsasın dostu tərəfindən verilmiş məlumat olduğunu qeyd etmişdir. Həmin məlumatın qeydə alınmadığını, hətta məlumat verənin adı və soyadı barədə heç bir məlumat verməmişdir. Göründüyü kimi, onun tərəfindən verilmiş göstərişin qanuni əsasları və səbəbi olmamışdır. Şəxs nə üçün hansı əsasla və hansı səbəbdən onun iradəsinə zidd olaraq iş yerindən Gədəbəy rayon Polis şöbəsinə gətirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahidlərdən F.Quliyev səs-küy saldığına görə, N.Məmmədov isə oğurluqda adı hallandığına görə Polis şöbəsinə gətirildiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-106/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-106/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver