Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-107/2021 30.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 08.03.2021-ci il tarixdə saat 12 radələrində Şəxs idarə etdiyi “VAZ 21074” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy-Novosaratovka avtomobil yolunun Dəyirmandağ kəndi ərazisində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq həmin hərəkət zolağında hərəkətdə olan X5 idarə etdiyi “HYUNDAİ VERACRUZ” markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə özü, sifətin və sağ əlin sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, “HYUNDAİ VERACRUZ” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 əlin üst səthinin dəri altı hematoması və geniş ölçülü qançırı, sağ baldırın qançırı və sıyrıqları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər, həmin avtomobildə olan sərnişin X2 dizin qançırı qismində sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən və X4 burunun hematoması və qançırı qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət və “HYUNDAİ VERACRUZ” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu Parakənd kəndində qeydiyyatda olmaqla yaşayır. “VAZ 21074 minik” markalı **-DV-*** nömrə nişanlı avtomobil ona məxsusdur. Avtomobili idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. O, heç bir yerdə işləmir. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini saxlayır. 08.03.2021-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayon, mərkəzindən Gədəbəy rayon Novosaratovka kəndi istiqamətində hərəkətdə olmuşdur. Rayonun Dəyirmandağ kəndinə çatdıqda mən yolun yoxuş hissəsini qalxdıqdan sonra saatda təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Gədəbəy rayonu Dəyirmandağ kəndində yerləşən yanacaq doldurma məntəqəsindən qarşısında Hyundai markalı ağ rəngli maşının yanacaq doldurma məntəqəsinə daxil olmaq istədiyini görmüşdür. O, həmin maşını gördükdə maşının hərəkət zolağına çıxmağından qoruxub tez sərt şəkildə tormoz verdim. Bu zaman yolun sulu və sürüşkən olması səbəbindən maşını sağa-sola oynamış, o maşını dayandırmağa çalışsa da avtomaşın dayanmamış, nəticədə onun avtomobili qarşı hərəkət zolağında dayanmış vəziyyətdə olan Hyundai markalı avtomaşınla toqquşmuşdur. Toqquşma zamanı o həmin avtomobildə tək olmuşdur. Hadisə zamanı o müxtəlif bədən xəsarətləri almışdır. Hadisə onun təqsiri ucbatından olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu 28 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İXM-in 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırma növündə inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 93 nömrəli ekspert rəyindən görünür ki, X5 bədən səthində aşkar edilmiş xəsarətlər-sol əlin üst səthinin dəri altı hematoması və geniş ölçülü qançırı, sağ baldırın qançırı və sıyrıqları küt əşyaların, ola bilsin qərarın təsviri hissəsində göstərilən 08 mart 2021-ci il tarixli avtomobil qəzasıavtomobillərin toqquşması nəticəsində törəmişlər. Qeyd olunan xəsarətlərdən sol əlin üst səthinin dəri altı hematoması və geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 95 nömrəli ekspert rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər- burunun hematoması, qançırı küt əşyanın, ola bilsin qərarın təsviri hissəsində göstərilən 08 mart 2021-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törəmişlər. Qeyd olunan xəsarətlərdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-107/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-107/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver