Məhkəmə qərarları › İş №3(042)-107/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-107/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-107/2023 26.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş materiallara baxaraq, m ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olan Şəxs idarə etdiyi “QAZ 2410 MİNİK” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə 24 aprel 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 50 manat inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. Ona tərtib edilmiş protokol və qəbul edilmiş qərar üzrə təyin edilmiş cəriməni vaxtında ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs cəriməni qanunda nəzərdə tutulmuşmüddətdə ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 6 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunaraq onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri əsasən və Azərbaycan Respublikası İXM-nin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar