Məhkəmə qərarları › İş №3(042)-108/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-108/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-108/2021 26.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi Qərardan şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin inzibati tənbehin verilməsi haqqında 17 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin 03.04.2018-ci il tarixli, 02 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 17.09.2020-ci il tarixli, MN 0576957 nömrəli qərarına əsasən N.Hümbətov Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə uyğun olaraq 100 manat cərimə edilmişdir. N.Hümbətov 17.09.2020-ci il tarixdə polis əməkdaşları iş yerinə yəni “MY Auto Servis” mərkəzinə daxil olaraq maskalı və maskasız hər kəsə cərimə tətbiq etdilmişdir. Həmin vaxt N.Hümbətov maskada olmuşdur və etirazını bildirmişdir. Buna baxmayaraq N.Hümbətova qanunsuz olaraq 100 manat cərimə protokolu yazıldı. 17.09.2020-ci il tarixdə qanunsuz protokol yazılmış və bu protokol əsasında qanunsuz olaraq 100 manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin 17.09.2020-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokolunun və bunun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17.09.2020-ci il tarixli, MN ******* nömrəli qərarı qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan 17.09.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 maskadan istifadə etməyərək karantin qaydalarını pozduğuna görə İXM-nin 211.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli qərarına əsasən;

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, maskadan istifadə etməyərək karantin qaydalarını pozduğuna görə İXM-nin 211.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 17 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X4 İXM-in 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətçi şikayət ərizəsində həmin vaxt maskadan istifadə etdiyini bildirsə də, məhkəməyə bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşı X2 əməlində İXM-in 211.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Bakı şəhər Nizami RPİnin 23-cü Polis Bölməsi tərəfindən X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanunla müəyyən edilmiş müddətdə qəbul edilmişdir. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X2 şikayəti təmin edilməməli, Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 17 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X2 şikayəti təmin edilməsin. Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında 17 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar