Məhkəmə qərarları › İş №3(042)-109/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-109/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-109/2022 25.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, Mor-Mor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonu, Mor-Mor kəndində qeydiyyatda olan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy rayonunun Mor-Mor kənd sakini Şəxs 11.02.2022-ci il tarixdə lüləsi “N74293” nömrəli olan ov tüfəngi ilə qanunsuz ov edərək bir ədəd çöl dovşanını vurmuşdur. Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Novruz Vəliyev tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində 16 mart 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində İXM-nin 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin X1 göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs İXM-nin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 11.02.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində həmkəndlisi Məhərrəmov Ayazla birlikdə ov tüfənglərini götürüb Mor-Mor kəndinin dağ ərazisində ov etmək üçün getmişlər. Ov zamana Şəxs özünə məxsus olan 16 kalibrli ov silahı ilə 1 baş dovşan vurmuş və bundan sonra polis əməkdaşları onlara yaxınlaşmış, silahlarının sənədlərini və ov etmək üçün icazələrinin olduqlarını soruşduqda onlar heç bir sənədlərini olmadıqlarını demiş, bu səbəbdən də polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilmişlər. Silah babasından miras qalmış silahdır. Silahın sənədləşdirilməli olduğunu bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 272.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs istifadə etdiyi silah babasından miras qalmış silahdır. Şəxs babasında miras qalmış silahın sənədləşdirilməli olduğunu savadsızlığı ilə əlaqədar bilməmişdir. Ona görə də, Şəxs istifadə etdiyi silahın müsadirə edilməsinə heç bir əsas yoxdur. Belə olan halda, bir ədəd lülə hissəsi “И74293” nömrəli olan qoşa lülə ov tüfəngi qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib 6 ay müddətə ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 6 ay müddətə ov hüququ məhdudlaşdırılsın. Bir ədəd lülə hissəsi “И74293” nömrəli olan qoşa lülə ov tüfəngi qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə Şəxs qaytarılsın. Qərarın icrası ov hüququnun məhdudlaşdırılması hissəsində Gədəbəy rayon İcra və Probasiya şöbəsinə, silahın sənədləşdirilərək Şəxs qaytarılması hissəsində Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar