Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-109/2024 24.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X4, X2, X1 və X5 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, Gəncə şəhər sakini Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 23 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, evlidir. Gəncə şəhərində yaşayır. Himayəsində azyaşlı uşaqları var. O, metal tullantılarının alış-satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə qardaşı Mübarizlə birlikdə Gədəbəy rayonunun Arıxdam və Maarif kəndlərində metal qırıntıları almışdır. Aldıqları metal qırıntılarını “QAZ 24” markalı avtomobilə yükləmişlər. Avtomobillə hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı onları saxlamış və avtomobilə baxış keçirmişlər. Polis əməkdaşları metal alğı-satqısı ilə məşğul olan insanların qeydiyyata alındığını və bununla bağlı qol çəkilməsi məqsədi ilə Gədəbəy Rayon Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər və onlar polis şöbəsinə gəlmişlər. Şöbədə polis əməkdaşları onlara kobur rəftar etmiş, onlardan pul tələb etmiş, onları cərimə etmişlər. Onlar polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişlər. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahat verərək, bildirmişdir ki, o, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşıdır. 23 aprel 2024-cü il tarixdə X8 ilə xidmətdə olan zaman Şəxsun QAZ 24 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qanunsuz əlvan və qara metal tullantılarının qəbul etməsi və satmasını görmüşlər. Ona yaxınlaşaraq metal tullantılarının qəbuletmə və satışı qaydalarını pozmasını bildirmiş, bu zaman Şəxs uca səslə nalayiq söyüşlər söymüşdür. Onu nizamintizam dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onu Gədəbəy Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Növbətçi hissədə də, o, səs-küy salmış və 10-15 dəqiqə ərzində iş rejimini pozmuşdur. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahat verərək, bildirmişdir ki, Şəxs metal tullantılarının alığı-satqısı ilə məşğul olur. O, aığı-satqı qaydalarını mütəmadi olaraq pozur və əməlində Azərbaycan Respublikası İXM-nin 457- 1.1. və 457-1.2-ci maddələrində nəzərədə tutulmuş inzibati xəta əməlinin tərkibi var. Lakin onun maddi vəziyyəti nəzərə alınmaqla əvvəllər ona bir neçə dəfə xəbərdarlıqlar edilmişdir. Buna baxmayaraq, Şəxs qaydaları pozmaqda davam etmişdir. 23 aprel 2024-cü il tarixdə PPX əməkdaşları onu və onun qardaşı Mübariz Rəsulovu QAZ 24 markalı **-DZ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qanunsuz əlvan və qara metal tullantılarının qəbul etməsi və satmasını görmüşlər. Ona yaxınlaşaraq metal tullantılarının qəbuletmə və satışı qaydalarını pozmasını bildirmiş, bu zaman Şəxs uca səslə nalayiq söyüşlər söymüşdür. Onu nizam-intizam dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onu Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə də Şəxs əsassız olaraq, səs-küy salmış, polis əməkdaşlarını ondan pul tələb etməkdə günahlandırmış, 10-15 dəqiqə ərzində iş rejimini pozmuşdur. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir.bununla əlaqədar əvvəllər bir neçə dəfə Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxslər X8 və X3 da eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2024cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan X10 Haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 45 19 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən X10 müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024cü il tarixdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-cimaddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 23 aprel 2024-ci il tarixdən, saat 1945-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-109/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-109/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver