Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-11/2025 16.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş və Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinə uyğun izahat verərək bildirmidir ki, o, 12 aprel 2022-ci il tarixdə Bakı şəhərində Nəsimi rayonu ərazisində ictimai nəqliyyatda olarkən polis əməkdaşı marşruta daxil olaraq ona yaxınlaşmışdır. Həmin vaxt ölkə ərazisində elan edilmiş karantin rejimi qayadalarına uyğun olaraq tibbi maskadan istifadə etmişdir. Polis əməkdaşı müraciət edərək koronavirus əleyhinə peyvənd məlumatlarını yoxlamaq üçün şəxsiyyət vəsiqəsini tələb etmiş, o, heç bir etiraz etmədən vəsiqəni təqdim etmişdir. Polis əməkdaşı müvafiq məlumatları yoxladıqdan sonra vəsiqəni özünə qaytarmışdır. Həmin vaxtdan bu günədək ona Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə cərimə edilməsi barədə heç bir şifahi və yazılı məlumat verilməmişdir. Yalnız 2024-cü ilin avqust ayında özünə məxsus “mygov” elektron hökumət portalına daxil olarkən “Cərimələrim” məlumat bölməsində barəsində xx.xx.2022-ci il tarixli EXP ******* nömrəli elektron xəta haqqında protokol tərtib edildiyini və 100 manat məbləğində cərimə olunduğunu öyrənmişdir. Lakin həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar “mygov” elektron hökumət portalına yerləşdirilmədiyi üçün qərar haqqında məlumat almaq və qərardan şikayət vermək imkanı olmamışdır. Bundan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə online müraciət üvanlayaraq sözügedən protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ona rəsmi qaydada göndərilmədiyini qeyd edərək şikayətini bildirmişdir. Şikayəti Bakı Şəhər Baş Polis İdarəsində araşdırılmış və xx.xx.2024-cü il tarixli məktubla baxılması üçün aidiyyəti üzrə Nəsimi RPİ-ə göndərilmişdir. Lakin həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq, müraciətinin araşdırılması və nəticəsi barədə ona məlumat verilməsi Nəsimi RPİ tərəfindən təmin edilməmiş, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Nəsimi RPİ-ə elektrton müraciət ünvanlayaraq, şikayətində göstərilmiş xüsusatların araşdırılaraq nəticəsi barədə ona elektron poçt ünvanı vasitəsilə məlumat verilməsini xahiş etmişdir. Bundan sonra, Nəsimi RPİ tərəfindən xx.xx.2024-cü il tarixli elektron müraciətinə xx.xx.2024-cü il tarixdə cavab verilmiş, cavab məktubunda barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğu qeyd edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməli olması izah edilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə yenidən Nəsimi RPİ-yə elektron müraciət ünvanlayaraq, bu günədək həmin inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ona göndərilmədiyini bildirmiş və məhkəməyə şikayət verməyi üçün barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın elektron poçt ünvanına və ya faktiki yaşadığı ünvana göndərilməsini xahiş etmişdir. Bundan sonra, 29 dekabr 2024-cü il il tarixdə Nəsimi RPİ tərəfindən poçt vasitəsilə ona məktub göndərilmişdir. Həmin poçt göndərişi xx.xx.2024-cü il tarixdə X5 Şöbəsinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə ona rəsmi qaydada çatdırılmışdır. Poçt zərfində olan Nəsimi RPİ tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-51/2-1-47776/2024 nömrəli məktubda xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş EXP1310191 nömrəli inzibati xəta haqqında protokol və protokol üzrə qəbul olunmuş EPQ1299226 nömrəli inzibati tənbeh vermə haqqında qərarın göndərildiyi bildirirlmiş və Qoşma: hissəsində “2” vərəq qeyd edilmiş, lakin həmin məktuba heç bir sənəd əlavə edilməmişdir. Bu səbəbdən hazırki şikayətinə EXP1310191 nömrəli inzibati xəta haqqında protokolu və protokol üzrə qəbul olunmuş EPQ1299226 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əlavə etməsi mümkün olmamışdır. Buna baxmayaraq həmin protokol haqqında “mygov” elektron hökumət portalından çıxarılmış məlumatı əlavə etmişdir. Hesab edir ki, barəsində olan inzibati xəta haqqında protokol və həmin protokol üzrə qəbul olunmuş qərar onun məlumatı və iştirakı olmadan, eləcə də bu barədə ona heç bir şifahi və rəsmi məlumat verilmədən tərtib edildiyi üçün Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbləri kobud surətdə pozulmaqla qəbul edilmişdir. Həmçinin, “mygov” elektron hökumət portalından çıxarılmış məlumat vərəqindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin barəsində inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xətanın törədildiyi yer qeyd edilməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Eləcə də, xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində olarkən, ictimai nəqliyyatda olarkən polis əməkdaşının ona yaxınlaşdığı zaman karantin rejimi qaydalarına əməl etmiş, tibbi maskadan istifadə etmiş, polis əməkdaşı ona karantin rejimi qaydalarını pozduğumu bildirməmiş, sadəcə koronavirus əleyhinə peyvənd məlumatlarını yoxlamaq üçün şəxsiyyət vəsiqəsini tələb etmiş, müvafiq məlumatları yoxladıqdan sonra hər hansı qayda pozuntusu olduğunu bildirməmişdir. Belə olan halda onun əməlində hər hansı inziabti xəta tərkibi olmadığı üçün barəmdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də barəsində olan Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İşdə olan “mygov” elektron hökumət portalından çıxarılmış məlumat vərəqindən görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, EXP ******* nömrəli elektron xəta haqqında protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan Nəsimi RPİ tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-51/2-1- 47776/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 barəsində AR İXMin 211.2-ci maddəsi ilə tərtib olunmuş EXP1310191 nömrəli inzibati xəta haqqında protokolun və protokol üzrə qəbul olunmuş EPQ1299226 nömrəli inzibati tənbeh vermə haqqında qərarın X2 göndərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmi Məcəllənin İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə araşdıması ilə müəyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə EXP ******* nömrəli elektron xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında onun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunması barədə Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə bu barədə məlumat verilməmiş, onun izahatı alınmamış və protokol onun tərəfindən imzalanmamış, protokol həmin şəxsə təqdim edilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer qeyd edilməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Eləcə də məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs xx.xx.2022-ci il tarixdə karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə etmiş, bununla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması halları aşkar edilməmişdir. Ona görə də, Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin X3 barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şiakyət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İXM-inin 211.2-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-11/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-11/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver