Məhkəmə qərarları › İş №3(042)-111/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-111/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-111/2021 26.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi Məhərrəm Quliyevin inzibati tənbehin verilməsi haqqında 15.08.2017-ci il tarixli, 331 nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi Məhərrəm Quliyevin inzibati tənbehin verilməsi haqqında 15.08.2017-ci il tarixli, 331 nömrəli qərarı ilə X4 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 RPŞ-nin 15.08.2017-ci il tarixli, 331 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, onun 06.07.2017-ci il tarixdə saat 22:00 radələrində Gədəbəy şəhəri Rəsulzadə küçəsində qayınatası X3 döyməsinə görə Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi Məhərrəm Quliyevin inzibati tənbehin verilməsi haqqında 15.08.2017-ci il tarixli, 331 nömrəli qərarı ilə onun İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. O, zərərçəkmiş şəxs X5 ilə barışmışdır. Odur ki, qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirdi ki X8 onun kürəkənidir. Aralarında mübahisə baş vermiş və kürəkəni inzibati qaydada cərimə edilmişdir. O, X8 ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. O, bu barədə məhkəməyə ərizədə təqdim etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati tənbehin verilməsi haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi Məhərrəm Quliyev 15.08.2017-ci il tarixli, 331 nömrəli qərarından görünür ki, X8 İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 rayon Polis şöbəsinin keçmiş rəisi Məhərrəm Quliyev tərəfindən 06.07.2017-ci il tarixdə saat 22:00 radələrində Gədəbəy şəhəri Rəsulzadə küçəsində qayınatası X3 döyməsinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə təqdim edərək X8 ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Belə olan halda İXM-nin tələblərinə əsasən X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi Məhərrəm Quliyevin inzibati tənbehin verilməsi haqqında 15.08.2017-ci il tarixli, 331 nömrəli qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi Məhərrəm Quliyevin inzibati tənbehin verilməsi haqqında 15.08.2017-ci il tarixli, 331 nömrəli qərarı ləğv edilsin və zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar