Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-112/2021 19.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 21:10 radələrində Gədəbəy şəhəri 20 yanvar küçəsində ictimai yerdə nalayiq söyüşlər söyərək ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx xxxxx 2021-ci il tarixdə saat 21:00 radələrində Gədəbəy şəhərinin mərkəzində dairənin yaxınlığında sərxoş vəziyyətdə olduğu üçün ünvansız nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də buna məhəl qoymamış, polislərlə mübahisə etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmaq istəyərkən o bundan imtina etmişdir. Etdiyi hərəkətlərə görə səmimi peşmandır. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu Çobankənd kəndində qeydiyyatda olmaqla yaşayır. Gədəbəy RPŞ-nin PPXB-nin taqım komandiri vəzifəsində işləyir. xx xxxxx 2021-ci il tarixdə saat 21:10 radələrində PPXB-nin polis nəfəri, polis serjantı X6 ilə birlikdə 20 yanvar küçəsində xidmətdə olan zaman sonradan adını bildiyi Şəxs sərxoş vəziyyətdə ictimai yerdə nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşıb özünü təqdim etdikdən sonra Şəxs nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların tələblərinə tabe olmayaraq öz hərəkələri ilə asayişi pozmaqda davam etmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Onlar ictimai asayişi bərpa etmək məqsədi ilə həmin şəxsi RPŞ-nin inzibati binasına dəvət etmişlər. Lakin, Şəxs RPŞ-nin həyətində və növbətçi hissənin qarşısında ucadan nalayiq söyüşlər söyüb şöbənin normal iş fəaliyyətini pozaraq təxminən 8-10 dəqiqə müddətində onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. X1 və X7 məhkəmə iclasında X2nun izahatı ilə eyni məzmunlu ifadə verdilər. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxx 2021-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Kənan İsgəndərov tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 21:10 radələrində Gədəbəy şəhəri 20 yanvar küçəsində ictimai yerdə nalayiq söyüşlər söyərək ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 22:01 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 21:10 radələrində Gədəbəy şəhəri 20 yanvar küçəsində ictimai yerdə nalayiq söyüşlər söyərək ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 21:50 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2021-ci il tarix, saat 21:50-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-112/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-112/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver