Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-115/2023 28.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində X5 icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gədəbəy rayonunun Qumlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonunun Qumlu kəndində qeydiyyatda olan barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 525-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. X5 Protokoldan görünür ki, Şəxs 15 yanvar 2023-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzində Turan adlı şəxsin kafesində qumar oynaması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonunun Qumlu kəndində yaşayır. 15 yanvar 2023-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzində olan kafedə X2, X4 və X3 ilə birlikdə çay içdikdən sonra çayın pulunu stolun üstünə qoyaraq, kafedən çıxmaq istəyərkən polis əməkdaşları onların qumar oynadıqlarını bildirərək, saxlamış və onları polis şöbəsinə aparmışlar. Onlar qumar oynamadıqlarını bildirsələr də, təhqiqat aparılmış, cinayət işnin başlanılması rədd edilmiş, lakin onların inzibati məsuliyyətə cəlb edilməsi haqqında qanunsuz qərar çıxarılmışdır. Onlar qumar oynamamış, qanun pozuntusu törətməmişlər. Ona görə də barəsində olan aparılan X5 icraata xitam verilməsini xahiş etdi. Gədəbəy Rayon Polis Şöbəsinə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə iclasına əməkdaşlarının iştirakını təmin etməmiş, məhkəmə baxışının təxirə salınması ilə bağlı məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində X5 iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gədəbəy RPŞ-nin X1 göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə və oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən X5 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs və digəır şəxslərin 15 yanvar 2023-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzində yerləşən kafedə qumar oynamaları faktı kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Ona görə də Şəxs barəsində aparılan X5 icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-115/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-115/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver