Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-115/2025 20.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X4 və Gədəbəy Rayon Prokurorunun nümayəndəsi X1 iştirakı ilə, xx.xx.2007-cı ildə Gədəbəy rayonunun Zamanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gədəbəy rayonunun, Zamanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki,o,atası Bəhman Rüstəmovla birlikdə 27 fevral 2025-ci il tarixdə Gədəbəy rayonu, Novasaratovka kəndinin mərkəzinə dərman almaq üçün getmişdir.Atası aptekə gedən zaman o, atasına məxsus maşının içərisindən hərəktdə olan hərbi texnika və maşınların video görüntulərini çəkmişdir.Həmin görüntüləri öz tiktok sosial şəbəkəsində olan səhifəsində paylaşmışdır.O,etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan səndələrdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20 may 2025-cil il tarixdə Gədəbəy rayonu, Novasaratovka kəndində hərəkətdə olan hərbi texnika və maşınların video görüntulərini çəkmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2007-cı ildə Gədəbəy rayonu, Zamanlı kəndində doğulmuşdur. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs 27 fevral 2025-ci il tarixdə Gədəbəy rayonu, Novasartovka kəndinin mərkəzində hərəktdə olan hərbi texnika və maşınların video görüntulərini çəkimiş həmin videogöruntləri tiktok sosial şəbəkəsində olan səhifəsində yerləşdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir.Ona görə də yetkinlk yaşına çatmadığı nəzərə alınmaqla ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-115/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-115/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver