Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-116/2022 26.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlu, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, materialın inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə hesab edir ki, vəsatət təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, inzibati xəta hadisəsi Bakı şəhəri, Nərimanov rayonunda baş vermişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi işə hadisənin törədildiyi yer üzrə məhkəmədə baxılması vəsatət vermişdir. Ona görə də vəsatət təmin edilməli, material inzibati xətanın törədildiyi yer üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 110-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-116/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-116/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver