Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-119/2022 29.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonunun Mormor kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Mormor kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, bildirmişdir ki, atasının qoşalülə ov tüfəngi olmuşdur. Atasının vəfatından sonra o, vərəsə kimi atasından miras qalmış əmlakı qəbul etmişdir. O, ov tüfənginin saxlanılması üçün mərhum atasının icazəsinin olmadığını bilməmişdir. Bundan sonra barəsində araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmmişdir. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 mart 2022-ci il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, aşkar edilmiş lülə hissəsində “H74293” nömrəsi olan tək lüləli və lülə hissəsində “N73986, 73986-64” nömrəsi olan qoşa lüləli ov silahları saxlanılması üçün Gədəbəy RPŞ-nin saxlanc yerinə göndərilməsi və Gədəbəy RPŞ-nin saxlancına verilmiş yuxarıda qeyd olunan silah Azərbaycan Respublikası DİN-nin Maddi- Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələblərinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti X1 Bölməsinə göndərilməsi, qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında izahat verərərk, göstərmişdir ki, atasından miras qalmış mülki sialh olan ov tüfənginin saxlanılması üçün xüsusi icazənin alınmadığını bilməmiş, bunu bildikdən sonra icazə almaq üçün polis şöbəsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə sübutları daxili inamı ilə qiymətləndirərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hər hansı bir inzibati xəta əməli törədilməsinin, yəni, mülki silahın saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasının sübut edilmədiyi nəticəsinə gəlmişdir. Ona görə də iş üzrə icraata xitam verilməli, lülə hissəsində “H74293” nömrəsi olan tək lülə ov tüfəngi sənədləşdirilməklə Şəxs qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Bir ədəd lülə hissəsində “H74293” nömrəsi olan tək lülə ov tüfəngi qanunda nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə Şəxs qaytarılsın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-119/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-119/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver