Məhkəmə qərarları › İş №3(042)-120/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-120/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-120/2021 28.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, Gərgər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayonu, Gərgər kənd sakini Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy rayonu, Gərgər kəndində ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayır. O, Azərbaycan Beynəlxalq İnterneyşnl Mayning Kompani Limited şirkətində işləyir. O, işdən çıxıb evə qardaşı Ramilin idarə etdiyi avtomobillə gedən zaman qardaşı ilə aralarında ailə daxili mübahisə yaranmışdır. Onlar Ramilə məxsus “Vaz 2121 Niva” markalı maşınla Gədəbəy rayonu, Gərgər kəndində yerləşən evləri istiqamətdə hərəkət etmişlər. Ramil içkili olduğundan maşını bərk sürmüş evlərinə dönən tərəfdə YPX-nin əməkdaşlarının maşınını görsə də, ona diqqət yetirmədən qəfildən maşını döndərmişdir. Polis maşını işıqlı və səsli siqnal vermişlər, o Ramilə maşını dayandırmasını bildirmiş, lakin o bunu eşitməmiş, maşını ev istiqamətinə sürmüşdür. Ramil avtomobili saxladıqdan sonra, polis əməkdaşları ilə Ramilin arasında mübahisə baş vermiş, o da həmin mübahisəyə qoşulmuşdur. O, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, 27.04. 2021-ci il tarixdə saat 19 radələrində RPŞ-nin YPX-nin inspektoru Nurlan Məmmədov və Elməddin Həsənovla birlikdə rayonun Gərgər kənd ərazisində xidmətdə olarkən Gədəbəy-Novosaratovka yolunun Gərgər kəndi ərazisindən keçən hissəsində qarşıdan gələn “Vaz-2121 Niva” markalı **-BX-*** nömrəli avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və sola dönərkən dönmə işığını yandırmadığına görə yol hərəkəti qaydaları pozuntularını törətdiyinə üçün tərəflərindən həmin maşına saxla işarəsi verilmişdir. Lakin sürücü sonradan şəxsiyyəti onlara məlum olan Şəxs saxla işarəsinə əməl etməmiş, onlar avtomaşını müşahidə edən zaman təxminən 200-300 metr irəlidə avtomaşını saxlamışdır. Sürücü RŞəxs və maşında olan sərnişin qardaşı Şəxs avtomaşında düşərək onların üzərinə gələrək söyüş söymüş və ictimai qaydanı pozmağa başlamışdır. Onlar asayişi bərpa edən zaman Şəxs qanuni fəaliyyətlərini həyata həyata keçirməyə mane olmuşdur. 10-15 dəqiqə müddətində onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. X1 və X2 məhkəmə iclasında X3nun izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxx 2021-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi polis mayoru İsgəndərov Kənan tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy rayonu, Gərgər kəndində ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy rayonu, Gərgər kəndində ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar