Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-121/2021 28.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Gərgər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs orta dərəcəli sərxoş vəziyyətdə xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Gərgər kəndində ictimai qaydaya daxil olan yol hərəkəti təhlükəsizliyi qaydalarının mühafizəsini həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayır. O, qardaşı Amil ilə birlikdə onun idarə etdiyi “Vaz 2121 Niva” markalı maşınla Gədəbəy rayonu Gərgər kəndində yerləşən evləri istiqamətində hərəkət etmişlər. O, həmin vaxt içkili olmuş və qardaşı ilə ailə daxili mübahisə yaranmışdır. O, içkili olduğu üçün evlərinə dönən tərəfdə YPX-nin əməkdaşlarının maşınını görsə də, ona diqqət yetirmədən qəfildən maşını döndərmişdir. Polis maşını onun dayanması üçün işıqlı və səsli siqnal vermiş, qardaşı Amil ona dayanmasını bildirmiş, lakin o anası xəstə olduğu və sərxoş olduğu üçün anasına aldığı dərmanları çatdırmaq üçün dayanmamışdır. Daha sonra o maşını saxladıqdan sonra polis əməkdaşları ilə aralarında mübahisə baş vermişdir. Mübahisəyə qardaşı da qoşulmuşdur. Sərxoş olduğundan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. O, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2016-cı ildən DİOda, 2018-ci ildən isə Gədəbəy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində YPX-nin inspektorları Emil Əliyev və Elməddin Həsənovla dislokasiyaya əsasən Gədəbəy-Novosaratovka yolunun Gərgər kəndi ərazisində xidmətdə olarkən “Vaz 2121 Niva” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının təhlükəsizlik kəmərindən istifadə etmədən və dönmə işarəsi vermədən yol hərəkəti qayda pozuntuları törətdiyini aşkar etmişlər. Ona “saxla” işarəsi vermişlər, lakin sürücü sərt manevr edib hərəkətini davam etdirmiş və biraz yəni təxminən 200-300 metr sürüb maşını saxlamışdır. Onlar sürücüyə yaxınlaşıb özlərini təqdim edib izah verən zaman müəyyən olunmuşdur ki, avtomaşını idarə edən sonradan kimliyi onlara məlum olan Gərgər kənd sakini Şəxs sərxoş vəziyyətdə onlara qarşı hörmətsizlik edib qanuni tələblərinə tabe olmamağa başlamışdır. Onlar nə qədər Ramilə izah versələr də lakin təxminən 15 dəqiqə müddətində söyüşlə və təhqirlə onların qanuni tələblərinə tabe olmamışdır. X3 və X1 məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxx 2021-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi polis mayoru Əliyev Nəsimi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Gərgər kəndində funksional vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 21:01 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Gərgər kəndində funksional vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 22:30 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 22:30dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-121/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-121/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver