Məhkəmə qərarları › İş №3(042)-121/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-121/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-121/2025 26.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X1 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan Şəxs barəsində Gədəbəy RPŞdən Azərbaycan Respublikası İXM-nin 329.1; 332.1 və 333.2-ci maddələri ilə daxil olmuş olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1;332.1. və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Etdiyi əməldən peşmandır. O, 19 may 2025-ci il tarixdə də nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.1. və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə clb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək, bildirmişdir ki, o, Gədəbəy RPŞ-nin YPX-nin əməkdaşıdır. 24 may 2025-ci il tarixdə Cəfərov X2 şəhərinin mərkəzində hərəkət edərkən, qayda pozuntuları törətdiyinə görə onu saxlamışlar. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, nəqliyyat vasitəsini spirtli içki qəbul edərək idarə etmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1;332.1. və 333.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan sərxoşluğun müəyyən edilməsi haqqında protokoldan görünür ki, Şəxs qanında xx.xx.2025-ci il tarixdə alkoqolun miqdarı 0.448 faiz olmuşdur. İşdə olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan 19 may 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinmiş və ona 400 manat cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məcəllənin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 333.1 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsinin etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Lakin onun barəsində 19 may 2025-ci il tarixdə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar hazırda qanuni qüvvəsinə minməmişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1. və 333.1-ci maddələri ilə tövsüf edilməli və o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, belə qənaətə gəlir ki, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105, 106-112ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1; 332.1. və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən dörd yüz manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar