Məhkəmə qərarları › İş №3(042)-122/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-122/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-122/2022 04.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin 03.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyev tərəfindən qəbul edilmiş 03.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 məhkəməyə Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin 03.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin 03.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları onu ona görə cərimələmişlər ki, guya o 03.03.2021-ci il tarixdə tibbi maskadan istifadə etməmişdir. Lakin həmin vaxt tibbi maskadan istifadə etmişdir. Polis əməkdaşı ona cərimə yazmayacağını, bunun üçün sənədlərə imza etməyini bildirmişdir. Lakin ona indi məlum olur ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi məni əsassız olaraq cərimələmişdir. Həmçinin cərimə olunması barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamışdır. Yalnız ona Gədəbəy rayon İcra və Probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildikdən sonra 09 aprel 2022-ci il tarixdə bu barədə məlumatı olmuşdur. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Ona görə də barəsində olan cərimə qərarının ləğv edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin 03.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 tibbi maskadan istifadə etmədiyinə görə onun barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin 03.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 tibbi maskadan istifadə etmədiyinə görə onun barəsində İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 məhkəməyə Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin 03.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cü maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İXM-in 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 aprel 2022-ci il tarixli xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilmişdir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və İXM-nə əsasən, normativ hüquqi aktların geriyə qüvvəsi olduğundan, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edildiyindən və inzibati tənbehin tətbiq edilməsinə əsas olan qərar hazırda qüvvədə olmadığından Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin inzibati tənbehin verilməsi haqqında X2 barəsində olan 03.03.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin inzibati tənbehin verilməsi haqqında 03.03.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Vasif Allahverdiyevin inzibati tənbehin verilməsi haqqında 03.03.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar