Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-122/2024 17.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikəyət verən şəxs X5 və qərarından şikayət verilmiş Gədəbəy RPŞ-nin YPB-nin müfəttişi X3 iştirakı ilə X2 Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 10 fevral 2024-cü il tarixli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 20 aprel 2024-cü il tarixli İXP ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə Gədəbəy rayonu, Düzyurd kənd sakini X8 40 baş xırdabuynuzlu heyvanlarının oğurlanması barədə ərizə ilə Gədəbəy RPŞ-ə müraciət etmişdir. Ərizə üzrə aparılan araşdrıma ilə əlaqədar o, da polis şöbəsinə çağrılmış və izahat vermişdir. İzahat verərkən o, 2023-cü ilin sentyabr ayında Seymur Hüseynov və Yalçın Rzayev ilə birlikdə çörək yedikdən sonra atasına məxsus avtomobili idarə edərək, öz arxacına qayıtdığını bildirmişdir. Lakin onun izahatı müstəntiq tərəfindən düzgün yazılmamış, onun guya, spirtli içki qəbul etdiyi göstərilmişdir. Bu əsasla o, 20 aprel 2024cü uil tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Halbuki, o, spirtli içki qəbul etməmiş, avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Barəsində olan qərar qanunsuzdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarı çıxarmış Gədəbəy RPŞ-nin YPB-nin müfəttişi X7 şikayətə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-nin İB-nin müstəntiqi Nicat Rüstəmov tərəfindən ərizə ilə əlaqədar cinayət işinin başlanılması rədd edilmiş, X2 Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Bu qərarın icrası ilə əlaqədar 05 aprel 2024-cü il tarixdə X10 protokol tərtib edilmiş və 20 aprel 2024-cü il tarixdə X4 barəsində müvafiq qərar çıxarılmışdır. Həmin qərar cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar əsasında çıxarıldığı üçün qanunidir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan Gədəbəy RPŞ-nin İB-nin müstəntiqinin 15 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında olan X2 izahatından görünür ki, o, 2023-cü ilin sentyabr ayında Seymur Hüseynov və Yalçın Rzayevlə yeyib-içdiyini, spirtli içki qəbul edərək, avtomobili idarə etdiyini bildirmişdir. İşdə olan 05 aprel 2024-cü il tarixdə tərtib edilmiş X10 Protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan 20 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X10 protokol tərtib edilir. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X10 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X10 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 114.2. və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, şikayət vermiş şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini, yəni, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsini inkar edir. Onun bu əməli törətməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə istinad edib, yaranmış şübhələri şikayətçinin xeyrinə həll edərək, onun bu əməli törətməsinin sübut edilməməsi qənaətinə gəlir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Polis Şöbəsinin YPB-nin müfəttişi Rufan Həsənovun 20 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 8; 53; 114 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin YPB-nin 20 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-122/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-122/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver