Məhkəmə qərarları › İş №3(042)-123/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-123/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-123/2021 21.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Oğuz rayonu, Sincan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 25.03.2021-ci il tarixdə saat 09 radələrində Şəxs idarə etdiyi MERCEDES BENZ C200 minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy-Şəmkir avtomobil yolunun Zəhmətkənd kəndi ərazisində hərəkətdə olarkən yolun içərisində olan çuxurdan avtomobili sağ tərəfə çəkdiyinə görə ani anda yol yaş olduğuna görə sükanıidarə etməni itirib avtomobili yolun sağ tərəfinə aşırmış, hadisə zamanı avtomobildə olan sərnişin X1 qaş üstü nahiyənin əzilmiş yarası, sol gözün bayır səthinin sıyrığı, sol yanağın şişkinliyi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. 24 mart 2021-ci il tarixdə Gədəbəy rayonun Söyüdlü kəndinə qaynatası X2 xəstə olduğu- üçün ona baş çəkməyə gəlibmiş. Gələndə görmüşdür ki, həkim tərəfindən- qaynatası Sərdara yazılmış dərmən reseptində olan dərmanlar alınmayıb. O, da öz şəxsi Mercedes benz C-200 markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bələdçi kimi X4 mindirib 25 mart 2021-ci il tarixdə saat 09 radələrində Söyüdlü kəndindən avtomobilini idarə edərək Gədəbəy şəhərinə gedib apteklərdən dərmanların bəzilərini tapıb almış, lakin bir neçə dərmanı tapa bilmədiyi üçün avtomobili Gədəbəy-Şəmkir avtomobil yolu ilə idarə edərək gedirmiş. Şəmkir rayonundan dərmanları alıb gətirmişdir. Şəmkir rayonu istiqamətində Mercedes benz C-200 markalı- **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 50-55 km/saatda surətlə idarə edərkən Gədəbəy rayonun Zəhmət kəndinin girəcəyinə çatmağa az məsafə qalmış yolun içərisində olan çuxurdan avtomoboli sağ tərəfə qaçırdığıma görə ani.anda yol yaş olduğu üçün idarə etməni itirdim və avtomobil yolun hərəkət hissəsinin sağına çıxaraq bir neçə metr məsafə getdikdən sonra xırda ağaclara dəymiş və avtomobil sağ tərəfə aşaraq dərəyə düşmüşdür. 'Avtomobilin qəzaya uğraması nəticəsində sükanın-üstündə və qabaq sağ otracağın qarşısında tarpedanın üstündə olan- təhlükəsizlik yastıqları açıldığına və onları qoruduğuna görə ciddi xəsarətlər almasalarda ancaq o, həmdə Vüqar xəsarət almışdır. Hadisə yerinə gələn şəxslərin çağrışı əsasında təcili tibbi yardım gələrək Vüqarı mindirib xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadisəsi törədərkən avtomobildə ondan və Vüqar Abdullayevdən başqa heç kim olmamışdır. O, idarə etdiyi Mercedes benz C-200 markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətməyinə səbəb yolda olan çuxurdan qaçmaq üçün avtomobili sağ tərəfə çəkib keçmək istədiyinə görə idarə etməni itirib avtomobili aşırmış və ona görə baş vermiş-hadisə ilə bağlı heç bir tələb və şikayəti olmamışdır. İXM-in 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırma növündə inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 136 nömrəli ekspert rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər-sol qaş üstü nahiyənin əzilmiş yarası, sol gözün bayır səthinin sıyrığı, sol yanağın şişkinliyi küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 25 mart 2021 -ci il tarixli avtomobil qəzasıavtomobilin aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən sol qaş üstü nahiyənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, aiddir-digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları- üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 135 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın, sol gözün bayır səthinin və altının, sol saidin sıyrıqları, sol əlin ovuc səthinin sıyrılmış, səthi yarası küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 25 mart 2021 -ci il tarixli avtomobil qəzası-avtomobilin aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar