Məhkəmə qərarları › İş №3(042)-123/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-123/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-123/2025 26.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixində Gədəbəy Rayon Məhkəməsinə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında material işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İşdən görünür ki, Şəxs barəsində tərtib edilmiş protokol və 01 aprel 2024-cü il tarixdə çıxarılmış qərar materiala əlavə edilməmiş, həmin qərar üzrə məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, Şəxs barəsində olan sənədlər onu tərtib orqana geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109cu maddələrinin göstərişini rəhbər tutaraq, qərara aldı: Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar