Məhkəmə qərarları › İş №3(042)-124/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-124/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-124/2021 04.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmişlər X1 və X2 iştirakı ilə, 29.07.1971-ci il tarixdə Gədəbəy rayonunun Kəlaman kəndinda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, İİ qrup əlil, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 04 may 2021-cu il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmaması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 04.05.2021-ci il tarixdə idarə etdiyi VAZ 2106 markalı avtomobillə Gədəbəy rayonunun Novosaratovka kəndi ərazisində hərəkət edərkən polis əməkdaşları onu saxlatmış, lakin sənədləri olmadığından polis əməkdaşları ilə mübahisə etmişdir. Ona görə də etdiyi hərəkətlərdən səmimi peşimandır və əlilliyini nəzərə alaraq, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Şəxs 04.05.2021-ci il tarixdə idarə etdiyi VAZ 2106 markalı avtomobillə Gədəbəy rayonunun Novosaratovka kəndi ərazisində əl əyləcindən istifadə edərək, qəza şəraiti törətmişdir. Bu zaman onlar əraziyə gəlmiş, lakin Şəxs onların qanuni tələblərinə tabe olmamış, onlarla mübahisə etmiş, polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Odur ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 eyniməzmunlu izahat verərək, təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdilər. İşdə olan inzibati xəta haqqında 04 may 2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs 04 may 2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 3(042)93/2019 saylı qərarından görünür ki, Şəxs ikinci qrup əlillik var. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs 04.05.2021-ci il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndi ərazisində idarə etdiyi VAZ 2106 markalı avtomobillə qəza şəraiti yaratmış, həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmişdir. Şəxs polis əməkdaşları ilə mübahisə etmiş, onları nalayiq söyüşlərlə söymüş, polis əməkdaşlarının ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini yeinə yetirməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, İİ qrup əlil olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində 200 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və 200 manat məbləğində cərimə edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar