Məhkəmə qərarları › İş №3(042)-124/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-124/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-124/2023 10.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmişlər X6 və X10 və X1 iştirakı ilə, xx xxxx 1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, mühafizəçi işləyən, Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 157-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 08 aprel 2023-cü il tarixdə Gədəbəy rayonu, Daşbulaq kəndində X4 döyməsi və polis əməkdaşlarının ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini qəsdən yerinə yetirməməsi ilə əlaqədar Köhnəqışlaq kəndində ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 23 yanvar 2023-cü il tarixdə qonşusu X8 arasında mübahisə baş vermiş, lakin mübahisə zamanı o, X2 döyməmişdir. Ola bilsin ki, X6 dartışma zamanı xəsarət almışdır. O, həmin iş üzrə araşdırma zamanı polis şöbəsinə çağrılmış, lakin övladı xəstə olduğu üçün polis şöbəsinə getməmişdir. 08 aprel 2023-cü il tarixdə polis əməkdaşları onu şöbəyə çağırmış, o, bundan əsəbləşmiş, buna baxmayaraq, polis əməkdaşları ilə mübahisə etməmişdir. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dava ilə aparılan təhqiqatla əlaqədar fəfələrlə polis şöbəsinə çağrılmış, lakin əsasız səbəblərə görə bir ay ərzində təhqiqat orqanına hadisə ilə əlaqədar izahat verməmişdir. Təhqiqatçı onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxardıqdan sonra isə inzibati araşdırma ilə polis şöbəsinə çağrılmış, lakin yenə də polisin tələblərinə tabe olmamış, polis şöbəsinə gəlməkdən imtina etmişdir. Yalnız digər zərərçəkmiş Dəmir Orucovla birlikdə onu mübahisədən sonra polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında digər zərərçəkmiş X10 eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş X6 izahat verərək, bildirmişdir ki, Şəxs onun qonşusudur. Şəxs onların evinə gələn işıq xəttini kəsmişdir. Xətti bərpa etmək üçün 23 yanvar 2023-cü il tarixdə o, elektrik montyoru çağırmış,lakin Şəxs onu həmin yerdə nalayiq söyüşlərlə söymüş və yaranmış mübahisə zamanı dırnağı ilə ona xəsarət yetirmişdir. Onunla barışması mümkün deyildir. Ona görə də Şəxs tənbeh verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 08 aprel 2023-cü il tarixdə Gədəbəy rayonu, Daşbulaq kəndində X4 döyməsi və polis əməkdaşlarının ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini qəsdən yerinə yetirməməsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İşdə olan X7 Haqqında Protokoldan görünür ki, Şəxs 08 aprel 2023-cü il tarixdə saat 13:15-də tutulmuşdur Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Lakin onun əməlində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama halı yoxdur. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddə ilə ictaata xitam verilməli, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə isə onun barəsində həbs inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə icraata xitam verilsin. X3 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutlmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 20 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 08 aprel 2023-cü il saat 13:15-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar