Məhkəmə qərarları › İş №3(042)-125/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-125/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-125/2023 19.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs müvafiq icra hakimiyyəti orqanında xüsusi icazə almadan bir ədəd qoşa lülə tüfənginə məxsus 16 kalibirli, üzərinə 8578 nömrəsi yazılmış lülə, 16 kalibirli 16 ədəd patron əldə edərək saxlamaqla mülki silahın əldə edilməsi qaydasını pozmuşdur. Gədəbəy rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 05 aprel 2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasından izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. Bir ədəd ov tüfənginin lüləsini və 16 ədəd patronu Gədəbəy rayon Polis şöbəsinə könüllü olaraq təqdim etmişdir. Həmin silahın qalıqları atasından qalmışdır. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Şəxs əməli İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, işdə olan Gədəbəy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Hikmət Cəfərlinin 19 mart 2023-cü il tarixli qərarından görünür ki, 09 mart 2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 rayon Arıqıran kənd sakini Şəxs qanunsuz odlu silahın olması barədə raportla müraciət etmişlər. Bununla bağlı araşdırma aparılmış və toplanmış material üzrə hər hansı cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin İctimai Təhlükəsizlik bölməsinə göndərilməsi qərar alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə inzibati tənbeh nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib bir ədəd qoşa lülə tüfənginə məxsus 16 kalibirli, üzərinə 8578 nömrəsi yazılmış lülə, 16 kalibirli 16 ədəd patron müsadirə edilməklə cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və bir ədəd qoşa lülə tüfənginə məxsus 16 kalibirli, üzərinə 8578 nömrəsi yazılmış lülə, 16 kalibirli 16 ədəd patron müsadirə edilməklə 80 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar