Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-127/2025 16.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazriliyi yanında X13 Xidməti X3 inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 18 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X10 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəi inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. X11 həmin qərardan inzibati qaydada Gədəbəy Rayon Məhkəməsinə şikayət verib X13 Xidmətinin X10 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəi inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X4 şikayəti əsasında Gədəbəy Rayon Məhkəməsinin 3(042)-127/2025 saylı qərarı ilə (hakim: Fizuli Mirzəquliyev) həmin qərar ləğv edilərək X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iş üzrə inzibati icraata xitam verilməsi və X4 inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-625/2025 saylı, 28 noyabr 2025-ci il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 3 (042)–127/2025 saylı qərarından X13 Xidməti tərəfindən verilmiş şikayət təmin edilərək həmin qərar ləğv edilməklə işin yenidən araşdırılması üçün material Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X11 şikayətini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X10 xx.xx.2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə (İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə) MN 809052 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, ona 1000 manat cərimə tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxs işə cəlb edilmişdir. Halbuki, inzibati tənbeh verən orqanın 15 yaşına çatmamış şəxs kimi qeyd etdiyi Şahid xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuşdur və hazırda yaşı 15-i keçmişdir. O, dostu X2 övladıdır. Oruc onlara qonaq gəlmiş, bir neçə gün onlarda qalmış, heyvanların otarılmasında kömək etmişdir. O,Orucu heç vaxt qanunsuz olaraq işə cəlb etməmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid və X13 Xidməti X5 məlumat verilməsinə baxmayaq hər iki tərəf məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesb etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 tərəfindən İXM-in 192.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun Şahid yanında işçi kimi işlətməsi iş materiallarında olan mötəbər sübutalarla təsdiq olunur. Odur ki, əmək müfəttişliyinin X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı tam əsaslı və qanuni olduğu üçün sonuncunun verdiyi şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - X13 Xidməti X3 inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsinə əsasən inzibati cərimə tənbehi tətbiq edilmişdir. - Şəxsiyyət vəsiqəsinin surəti və portaldan çıxarışdan görünür ki, Şahid xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuşdur. - Gədəbəy rayon X15 Bölməsinin sabiq baş təhqiqatçısı X12 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 oktyabr 2024-cü il tarixli (HK – 1/1540) saylı qərarın surətindən görünür ki, X1 Oruc Rövşən oğlunu işçi kimi işlətməsinə baxmayaraq əmək müqaviləsi bağlamadığı üçün Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətmiş şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir və bundan başqa; - Həmin təhqiqat araşdırması zamanı X8 01 may 2024-cü il tarixdə xx xxxxxxxx 2009-cu il təvəllüdlü oğlu Şahid Plankənd kənd sakini Namiq Tağıyev tərəfindən işlədilməyə aparılması, həmin vaxtdan zəng vurub oğlunu tələb etsə də, Orucu geri qaytrmaması, həmin tarixdən Orucla əlaqə saxlaya bilməməsini bildirmişdir. Həmçinin oğlunun işləməsi ilə bağlı aylıq məvacibinin verilməməsini bildirmişdir. - həmin araşdırma zamanı Şahid izahatında bildirmişdir ki, X7 atası Rövşənin dostu kimi tanıyır. Namiq onu özünə 2024-cü ilin mart ayından çoban aparmışdır. 2024-cü ilin mart ayının sonunda Namiq ona zəng vurub çağırdığı üçün iribuynuzlu heyvanlarına çoban getmişdir. O Zərif adlı yayalaq sahəsində Namiqin mal-qarasını otarmışdır. Orada işi malları otlağa göndərmək olmuşdur. Mallar özü otlayıb arxac sahəsinə qayıtmışdır. Namiq ona gördüyü işin müqabilində avqust ayında dəqiq xatırlamadığı gündə 10 manat, 10 sentyabr 2024-cü il tarixdə isə 10 manat pul vermişdir. Atası Rövşənin onu çağırmasından xəbəri olmuşdur. Amma o, getmək istəməmişdir. Namiqin yanında işləmək rahat olduğu üçün atasının yanına qayıtmamışdır. Hazırda Namiqin onu işlətdiyi vaxt üçün əmək haqqı verməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsinə əsasən işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin norma blanket xarakterli olmaqla əmək münasibətlərin tənzimlənməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinə müraciət edilməsini zəruri edir. Belə ki, X6 azyaşlı Şahid çobanlıq etməsi, yəni müəyyən işlər görməsinin əmək münasibətlərinə aid olub-olmaması, həmin münasibətlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin xüsusi hissəsində nəzərdə tutulmuş podrat, tapşırıq və ya başqa mülki münasibətlərə aid olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinin tələblərinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 6-cı maddəsinin tələblərinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə əmək müqaviləsinin bağlanması tələb edilmir və həmin münaisbətlər mülki hüquqi münasibətləri tənzimləyir. Həmin Məcəllənin 7.2-ci maddəsinin tələblərinə əsasən müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin maddənin tələblərinə görə aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: - 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; - 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin Həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair plenum qərarında göstərilən mövqeyə əsasən; - İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin İ hissəsində təsbit edilmişdir. Əsas Qanunun 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - Konstitusiyanın 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. - Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (Əmək Məcəlləsinin 1-ci maddəsi). - Mülki Məcəllənin 2.3-cü maddəsinə müvafiq olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. - Maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər. - Qeyd edilməlidir ki, əmək hüququ xüsusi hüququn bir sahəsi olsa da, dövlətin bu hüquq münasibətlərində xüsusi publik marağı mövcuddur ki, bu da onun həmin münasibətlərə müdaxiləsini labüd edir. - Belə ki, əmək münasibətlərinin prinsipləri, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, əməyin mühafizə edilməsi qaydaları, məşğulluq məsələləri və s. dövlət tərəfindən tənzimlənir. Əmək Məcəlləsinin 14-cü maddəsi ilə əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri də qanunverici tərəfindən müəyyən edilmişdir. - Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət - tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. - Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. Yuxarıda göstərilən qanun normalarından və Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən hüquqi mövqelərdən aydın olur ki, X4 Şahidun xidmətlərindən çoban kimi istifadə etməsi əmək münasibətlərinə aid edilir və əmək qanunvericiliyi ilə tənzimlənməli hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şikayət təmin edilməməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazriliyi yanında X13 Xidməti X3 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 114-115-ci və 128-130-cu və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazriliyi yanında X13 Xidməti X3 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №3(042)-127/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-127/2025
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver