Məhkəmə qərarları › İş №3(042)-128/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-128/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-128/2020 29.06.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində “VAZ 2106” markalı **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Gədəbəy rayonu, Qaradağ kəndi ərazisindən keçən Gədəbəy-Şəmkir yolunun 7-ci kilometrliyində Gəncə şəhəri istiqamətində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan qabaqda gələn “VAZ 21061” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla sonuncu avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Gədəbəy rayon Polis şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib edilmiş inzibati protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndindəanadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. Barəsində olan inzibati işlə bağlı bildirir ki, o, xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində radələrində idarə etdiyi “VAZ 2106” markalı **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy rayonu, Qaradağ kəndi ərazisindən keçən Gədəbəy-Şəmkir yolunun 7-ci kilometrliyində Gəncə şəhəri istiqamətində hərəkət edərkən ötmə əməliyyatı etmək üçün əks istiqamətli hərəkət zolağına çıxmış, bu zaman qarşıdan gələn “VAZ 21061” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra “VAZ 21061” markalı, **- BE-*** dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşmışdır. Hadisə zamanı heç bir bədən xəsarətləri almamışdır. Sonradan polis əməkdaşları gəlib avtomobilləri hadisə yerindən çıxarmışlar. O, hadisəni olduğu kimi etiraf etmişdir. Bununla da inzibati xəta törətmişdir. O, təqsirini səmimi etiraf edir. Əməlindən peşmandır. Ona görə də barəsində daha yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. X5 Rövşən oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində Yol patrul Xidmətində işləyir, polis baş leytenantıdır. Məmmədov Ramin Rövşən oğlu O, Gədəbəy RPŞ-də işləyir və polis baş leytenantıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində “VAZ 2106” markalı **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Gədəbəy rayonu, Qaradağ kəndi ərazisindən keçən Gədəbəy-Şəmkir yolunun 7-ci kilometrliyində Gəncə şəhəri istiqamətində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan qabaqda gələn “VAZ 21061” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla sonuncu avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Toqquşmadan sonra “VAZ 21061” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşmışdır. Bununla da Kazımov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində özünə məxsus olan “VAZ 21061” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil ilə Gədəbəy rayonu, Qaradağ kəndi ərazisindən keçən Gədəbəy-Şəmkir yolunun 7-ci kilometrliyində Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətdə olan “VAZ 2106” markalı **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobil onun yoluna çıxmışdır. O, hadisədən yayınmaq istəyəndə həmin avtomobillə toqquşmuş və onun maşını yoldan çıxaraq dərəyə aşmışdır. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Lakin onun avtomobilinə maddi ziyan dəymişdir. Maddi ziyan tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* №-li İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində “VAZ 2106” markalı **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Gədəbəy rayonu, Qaradağ kəndi ərazisindən keçən Gədəbəy-Şəmkir yolunun 7-ci kilometrliyində Gəncə şəhəri istiqamətində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan qabaqda gələn “VAZ 21061” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla sonuncu avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Şəxs əməli İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 332.4-cü maddəsinin tələblərinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ərara ald ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icra edilməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar