Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-128/2024 09.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X7, X8 və X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gədəbəy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Gəncə rayonu, Arıqıran kənd sakini Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 08 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonunun, Arıqıran kəndində qeydiyyatdadır, hazırda Gəncə şəhərində yaşayır. 08 may 2024-cü il tarixdə oğlu X5 idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən stasionar polis postunda saxlamışlar. Həmin vaxt o, avtomobildə sərnişin qismində olmuşdur. O, sərxoş olduğu üçün polis əməkdaşlarının onları saxlamısından və əsəbləşmiş və maşından düşərək,uca səslə nalayiq söyüşlər söymüşdür. Əməlindən peşmandır. Birdə belə bir hərəkətə yol verməyəcəkdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahat verərək, bildirmişdir ki, o, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşıdır. 08 may 2024-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən stasionar xidmətdə olarkən saat 20:00radələrində **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Yoxlama zamanı avtomobili idarə edən X9 və sərnişinlər Şəxs və X1 Gədəbəy rayonu, Arıqıran kənd sakinləri olduqlarını müəyyən edilmiş və onların Söyüdlü kəndinə qonaq getmələrini bildirmişlər. Həmin vaxt sərnişin qismində avtomobildə olan Şəxs sərxoş vəziyyətdə maşından düşərək, uca səslə söyüşlər söymüşdür. Onu nizam-intizama dəvət etsələrdə, o, qanuni tələblərinə tabe olmamış və öz hərəkətləri etməkdə davam etmişdir. Bundan sonra onu xidməti avtomobillə əyləşdirib Gədəbəy RPŞ-ə aparmaq istəyən zaman onun oğlu Nicat Abbasov atasının Gədəbəy RPŞ-ə aparılmasına narazılıq etmiş və atasını avtomobilə əyləşdirməsinə mane olmuşdur. Onlar hər ikisini xidməti avtomobilə əyləşdirib Gədəbəy Rayon Polis Şöbəsinə aparan zaman Şəxs arvadı özünü xidməti avtomobilə və yerə çırparaq əli və sifət nahiyyəsinə xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxslər X3 və X8 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İbrahaim oğlu barəsində xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan X10 Haqqında Protokoldan görünür ki, Şəxs İbrahaim oğlu xx.xx.2024-cü il tarixdə, saat 2330 radələrində tutulmuşdur. İşdə olan sənəddən görünür ki, Şəxs İbrahaim oğlu 08 may 2024-cü il tarixdə spirtli içki qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən X10 müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməli sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 08 may 2024-ci il tarixdən, saat 2330-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-128/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-128/2024
09.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver