Məhkəmə qərarları › İş №3(042)-13/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-13/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-13/2024 23.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx xxxxxx 1988-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə olan X1 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə tərtib edilmiş X1 material məhkəməyə daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 materialdan görünür ki, 30 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Gədəbəy şəhər sakini Şəxs Laçın ticarət mərkəzinin qarşısında qanunla satılması qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olunması aşkar edilmişdir.Ona görə də, Gədəbəy Rayon Polis Şöbəsi Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 30 dekabr 2023-cü il tarixli X1 Protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 442-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə-inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X1 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 442-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar