Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-131/2020 03.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Çalburun kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-804/2019 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2010cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq iddiaçı X1 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-804/2019 saylı icra sənədinə əsasən, cavabdeh ondan xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2010-cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq iddiaçı X1 verilməlidir. Hazırkı tarixədək onun 1480 manat aliment borcu vardır. Heç bir yerdə işləmir, maddi imkanı yoxdur. Ona görə də yığılmış aliment borcunu ödəyə bilmir. Gələcəkdə işləyərsə, ödəniş edə bilər. Yaxın bir ildən sonra hər ay cəmi 100 manat ödəyə bilər. Müdafiəçi N.Q.Həsənov məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-804/2019 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2010-cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq iddiaçı X1 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Hazırkı tarixədək onun 1480 manat aliment borcu vardır. Həmçinin, borclu 2020-ci ilin yanvar ayında icra və probasiya şöbəsinə dəvət edilmiş, onunla hüquqi söhbətlər aparılmış, verdiyi izahatında 200 manat ödəyəcəyini, 350 manat isə qısa müddət ərzində ödəmək istədiyini bildirmişdir. Borclu alimentdən 200 manat ödəniş etmiş, lakin vəd etdiyi 350 manatı ödəməyərək icra və Probasiya şöbəsinə gəlməkdən yayınmışdır. Bununla əlaqədar borcluya əlavə xəbərdarlıqlar edilmiş, borclunun gətirilməsi barədə qərar qəbul edilərək Gədəbəy rayon Polis şöbəsinə göndərilmişdir. 2020-ci ilin may ayında borclu məcburi qaydada Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, yenidən ondan izahat alınmış, alimentin və yığılmış aliment borcunun ödənilməsi ilə bağlı ikinci dəfə vaxt verilmişdir. Lakin borclu yenidən alimenti ödəməkdən yayınmış, borclunun gətirilməsi ilə əlaqədar Gədəbəy rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş və məhkəmənin məktubu əsasında borclu xx xxxx 2020-ci il tarixdə icra və Probasiya şöbəsinə gəlmişdir. Borclu izahatı alınarkən müxtəlif bəhanələr gətirərək və məsuliyyətdən yaxa qurtarmaq üçün vədlər vermiş, lakin buna baxmayaraq onun inandırıcılığına şübhə olduğundan və məsuliyyətdən yaxa qurtarmaq üçün vədlər verdiyini nəzərə alaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Şahid X4 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-804/2019 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2010-cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq ona verilməlidir. Bu günədək borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Onun maddi imkanı çox aşağıdır. Borclu isə alimenti ödəməkdən boyun qaçırır. Ona görə də onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Şahid X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-804/2019 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2010-cu il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq ona verilməlidir. Borclu 1 ildir ki, aliment borcundan heç bir ödəniş etmir. Bu günədək borclu alimenti ödəyəcəyi barədə vədlər versə də, vədinə əməl etməmiş və alimenti ödəməkdən yayınmışdır. Onun maddi imkanı aşağıdır, uşaqların baxmaqda çətinlik çəkir. Onu da bildirir ki, borclu fəhləliklə məşğul olur və gəliri vardır. Bundan başqa borclunun pay torpağı vardır və aliment ödəmək imkanına malikdir. Odur ki, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Bağırov X5 rayon İcra və probasiya şöbəsinə daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-804/2019 saylı icra sənədini üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 11:30dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-131/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-131/2020
03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver