Məhkəmə qərarları › İş №3(042)-132/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-132/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-132/2020 27.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X7 və Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsinın inzibati tənbehin verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 şikayətinəGədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X14 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsi tərəfindən Torpaq Məcəlləsinə riayət edilmədən mülkiyyətdə olan 0.08 ha torpaq sahəsinin kateqoriyasını dəyişdirdiyinə görə xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, xx xxxxxxxx 2019-cu il tarixli qərarla 500 manat inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. X3 Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 16 iyul2020-ci il tarixli, 3(042)-132/2020 saylı qərarı ilə X7 şikayəti təmin edilməmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan X14 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust2020-ci il tarixli, 3(104)-233/2020 saylı qərarı ilə şikayət təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 16 iyul2020-ci il tarixli, 3(042)-132/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında materialyenidən baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X14 şikayətinimüdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax ərazi şöbəsinin MN ******* nömrəli xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarı ilə Gədəbəy rayonu, Novosaratovka ərazisində 100 kv.m kənd təsərrüfatı əkin torpağın sahəsində torpaq sahəsinin təyinatını dəyişdirməsi hesab olunaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə 500 manat manat məbləğində cərimə edilmişdir. tətbiq edilmişdir. O, həmin qərarla Gədəbəy rayon icra və Probasiya şöbəsinin çağırışı əsasında gələrkən tanış olmuşdur. Lakin onun Gədəbəy rayonu, Novosaratovka kəndində xüsusi mülkiyyət növündə 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinin sərhədləri hasarlanmışdır və təsərrüfat məqsədi ilə istifadə edir. Halhazırda həmin torpaq sahəsinin bir hissəsinə qarğıdalı əkilmişdir və qalan hissəsindən isə biçənək kimi istifadə edir. Yəni həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunur. Torpaq sahəsinin üzərində ev tikməmişdir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X4 tərəfindən qəbul edilmiş inizbati tənbeh vermə haqqında MN ******* nömrəli qərarda kənd təsərrüfatı əkin torpaq sahəsində torpağın məqsədli təyinatının dəyişdirildiyi göstərilsə də, torpaq sahəsindən istifadədə hansı hadisə ilə torpaq sahəsindən təyinatı üzrə istifadə qaydasının pozulduğu konkret olaraq göstərilməmişdir. Ona görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, X14 özünə məxsus torpaq sahəsində heç bir tikinti aparmamışdır. O, əkin sahəsinin təyinatını dəyişdirməmişdir. Tikinti aparılmış torpaq sahəsi ona məxsusdur. O, həmin torpaq sahəsini Raci Səfərov adlı şəxsə hədiyyə etmişdir. Raci Səfərov isə torpaq sahəsində ev tikmişdir. O, Bakı şəhərində yaşayır və evə nəzarət edilməsini X8 həvalə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirdi ki, həmin torpaq sahəsində olan evin kimin tərəfindən tikildiyini bilmir, lakin evdə X14 yaşayır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsinin nümayəndəsi X5 izahat verərək, bildirmişdir ki, məhkəmə iclasında izahat verərək bildirdi ki, X2 rayonu, Novosaratovka kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 100 kv.m ərazidə tikinti apararaq torpağın məqsədli təyinatını dəyişdirmiş, buna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq İXM 247.2-ci maddəsi ilə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X14 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunidir.Ona görə də şikayətin təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş edir. İşdə olan AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışların surətlərindən görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndində X7 xüsusi mülkiyyətinə 0.8257 kv.m və 0.4128 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 rayonu, Novosaratovka kəndi ərazisində kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsində 100 kv.m torpaq sahəsinin məqsədli təyinatını dəyişdirdiyinə görə İXM-nin 247.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 247.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İXM-nin 75.0-75.0.3-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məcəllənin 247.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə-fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, X7 özünə məxsus kənd təsrrüfatlı torpaq sahəsində tikinti aparılması halı sübut edilməmişdir. Ona görə də şikayət təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı Ərazi Şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar