Məhkəmə qərarları › İş №3(042)-132/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-132/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-132/2021 17.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və X3 Seymur Rafiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlanılarkən müəyyən olunmuşdur ki, Gədəbəy Rayon Məhkəməsinin 12.05.2020-ci il tarixli, 2(042)-61/2020 saylı icra sənədinə əsasən 16.10.2008-ci il tarixdə doğulmuş X4 və 04.12.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 125 manat, cəmi, 250 manat sabit miqdarda aliment alınaraq, X1 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Gədəbəy Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli, 3(042)-366/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. Borclu inzibati məsuliyyətə cəlb edildikdən sonrakı müddətdə isə onun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında hər hansı bir sənəd inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli, 3(042)-366/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. Borclu inzibati məsuliyyətə cəlb edildikdən sonrakı müddətdə isə onun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında hər hansı bir sənəd işə əlavə edilməmişdir. Yəni, təqdim edilmiş sənədlər natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə bu zaman o halı da nəzərə alır ki, borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq yerinə yetirməkdən imtina edirsə, onun cinayət məsuliyyətəinə cəlb edilməsi üçün əsaslar yaranır və icra məmuru müvafiq qərarın çıxarılması üçün təqdimatla istintaq orqanına müraciət etməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar