Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-132/2025 12.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsinin rəisi X1 iştirakı ilə, Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsi barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsi barəsində 22.*5.2*25-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsinin rəisi X2 izahat verərək, bildimişdir ki, “Ford Cargo 1824” Yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyarkən yol hərəkəti qaydalarını pozmuş sürücü barəsində məlumat verilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin sürücü barədə məlumat qanunda nəzərdə tutulmüş müddətdə verilməmişdir. Ona görə də yüngül tənbeh verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 22.*5.2*25-ci il tarixdə Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsinə məxsus “Ford Cargo 1824” Yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşınarkən yol hərəkəi qaydaları pozulmuş, lakin bu barədə bildiriş verildikdən sonra 5 gün müddətində nəqliyyat vasitəsini idarə etmiş sürücü barəsində məlumat verilməmişdir. Buna görə də Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-cu maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsinun nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Azəravtoyol ASCnin 32 saylı Yol İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 1*5, 1*6-112ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Azəravtoyol ASC-nin 32 saylı Yol İstismar İdarəsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 3** manat cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1* (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-132/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-132/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver