Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-134/2020 07.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər Hüseynov Rövşən Telman oğlunun, x3 və x2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonu, Sarıhasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 06 iyul 2020-ci il tarixdə, saat 18:30 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozarkən ictimai asayişi təmin edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonu, Sarıhasanlı kəndində doğulmuş, hazırda Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatda olmasına baxmayraq Şəmkir rayonu, Kraz yolu massivi adlanan ərazidə yaşayır. Əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Barəsində olan inzibati xəta haqqında işlə bağlı bildirir ki, 06 iyul 2020-ci il tarixdə, saat 18:30 radələrində polis əməkdaşları onu Gədəbəy rayon Polis şöbəsinə dəvət edərkən, Gədəbəy şəhəri, 20 Yanvar küçəsində nalayiq söyüşlər soyumuşdur. Həmin vaxt sərxoş olmuşdur. Sonradan adlarını bildiyi Hüseynov Rövşən Telman oğlunun, x7 və x4 onu nizam-intizama dəvət etsə də, o, tabesizlik göstərərək onların qanuni tələbinə tabe olmamışdır. O, faktiki olaraq 06 iyul 2020-ci il tarixdə, saat 20:40 radələrində tutularaq Gədəbəy rayon Polis şöbəsində saxlanılmışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs təqsirini səmimi etiraf edir. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Hüseynov Rövşən Telman oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayorudur. Gədəbəy rayonu, Qaradağ kənd sakini x1 rayon polis şöbəsinə şikayət verərək ona məxsus 9 baş xırdabuynuzlu heyvanın oğlurlanmasını bildirmişdir. Şikayət əsasında araşdırma aparılarkən oğurluq faktının əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş, Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini Şəxs törətdiyinə şübhələr yarandığından sonuncu Gədəbəy rayon polis şöbəsinə dəvət olunmuşdur. 06 iyul 2020-ci il tarixdə, saat 18:30 radələrində o, Şəxs ilə Gədəbəy şəhəri, 20 yanvar küçəsində rastlaşmış və həmin oğurluq faktı ilə əlaqədar onu şöbəyə dəvət etmişdir. Həmin vaxt Şəxs ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. O və digər polis əməkdaşları x7 və x4 nizam-intizama dəvət etsə də, Şəxs daha da aqressivləşmiş və ictimai qaydanı pozmağa davam etmişdir. Bununla da Şəxs polis əməkdaşlarının qanuni tələbi tabe olmamışdır. Zərər çəkmiş şəxslər x7 və x4 məhkəmə iclasında zərərçəkmiş şəxs Hüseynov Rövşən Telman oğlunun izahatı ilə eyni məzmunlu ifadə verilər. İnzibati xəta üzrə iş materiallarında olan 06 iyul 2020-ci il tarixdə Gədəbəy RPŞ-nin sahə rəisi polis polis mayoru Əhməd Xəlilov tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyul 2020-ci il tarixdə, saat 18:30 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozarkən ictimai asayişi təmin edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 06 iyul 2020-ci il tarixdə, saat 18:30 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozarkən ictimai asayişi təmin edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və zərər çəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əvvəllər məhkum olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 06 iyul 2020-ci il tarixdə saat 20:40 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 06 iyul 2020-ci il tarixdən, saat 20:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 iyul 2020-ci il tarixdən, saat 20:40-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-134/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-134/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver